“Maykada maşın sürərlər?” deyən polis işdən çıxarıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "Düş, söhbət edək, maykada maşın sürərlər?" deyən yol polisi əməkdaşı tutduğu vəzifəsindən azad olunub.
Milli.Az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, sürücü ilə arasında yaranan mübahisəyə görə inspektor Malik Qasımov və polis kapitanı Elnur İsgəndərov cəzalandırılıblar.
Belə ki, M.Qasımov işdən çıxarılıb, E.İsgəndərov isə şiddətli töhmət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, baş verən hadisə ilə bağlı hər iki polis əməkdaşı barəsində intizam tədbirləri seçilib:
"İstər vətəndaş, istərsə də polis əməkdaşı etdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Heç kəs qanunun aliliyi prinsipini unutmamalıdır".
Qeyd edək ki, bir müddət əvvəl Bakıda yol polisi ilə sürücü arasındakı mübahisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Videogörüntülərdə sürücüyə özünü təqdim edən inspektor Malik Qasımov sürücünü çəkiliş etməkdə günahlandırmaqla, kameranı söndürməsini, ona maşından düşərək söhbət etməyi təklif edib. Eyni zamanda, polis vətəndaşa: "Düş, söhbət edək, maykada maşın sürərlər?" - kimi sözlər deyib.
Daha sonra maşına yaxınlaşan polis kapitanı Elnur İsgəndərov da sürücüyə arxa işığının yanmadığını irad tutub və eyni zamanda, onun alkotestdən keçməsi üçün cihaza üfürməsini istəyib. Sürücü isə: "Mən içkili deyiləm, sözümə inanmırsan?" - cavabını verib. Polis kapitanı isə sürücüyə sözünün kifayət etmədiyini deyib və mübahisə yaranıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Azərbaycan İnvestisiya Holdinqinin siyahısında dəyişiklik edilib
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Seymur Cəfərov vəfat etdi
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
XƏBƏR LENTİ
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu





