Hadisə

Polis bu qadınları axtarır - FOTO

1 Sentyabr 2022 15:38
Baxış: 3 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonunda itkin düşən şəxslər axtarılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1992-ci il təvəllüdlü Məhəbbət Əsgərova iyul ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan başqa, Tovuz rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə məlumat daxil olub. Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Hava Məmmədova avqust ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.