Hadisə

Daşkəsəndə bir neçə avtomobili sel apardı

12 İyun 2022 15:40
0 Şərh     Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyun ayının 10-da axşam saatlarından etibarən Daşkəsən rayonunda yağan güclü yağış nəticəsində bəzi dağ çaylarından qısamüddətli sel keçib, bir sıra kommunikasiya xətlərinə, körpülərə, vətəndaşların təsərrüfatlarına ziyan dəyib, bir neçə avtomobili sel aparıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Hazırda aidiyyəti qurumlar selin fəsadlarının aradan qaldırılması ilə məşğuldur.

Nazirlik bir daha əhaliyə müraciət edərək sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, belə bir təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı və Nazirliyin "112" qaynar telefon xəttinə məlumat verməyi tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.