Hadisə

Gədəbəydə avtomobil qaçıran şəxs saxlanıldı

11 Yanvar 2022 14:48
0 Şərh     Baxış: 706
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Daşkəsən rayon sakini avtomobillə birgə saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Gədəbəy rayonunda qaçırılan avtomobil polis əməkdaşları tərəfindən tapılıb.

Gədəbəy RPŞ-yə müraciət edən Qaravəlilər kənd sakini Ç.Paşayev 2021-ci il dekabrın 17-dən 27-dək olan müddətdə Novo Saratovka kəndi ərazisindən ona məxsus "VAZ-2121" markalı avtomobilin qaçırıldığı barədə məlumat verib.

Hüququ mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Daşkəsən rayon sakini E.Qasımov avtomobillə birgə Bakı-Qazax yolunda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.