Azərbaycanda dəhşət: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəbələ rayonunda həyat yoldaşına dəhşətli işgəncələr vermiş rayonun ucqar kəndlərindən birinin sakini, 1974-cü il təvəllüdlü Dəmir Eyvazov barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə törədildikdə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az-ın news24.az-a istinadla məlumatına görə, Qəbələ rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə D.Eyvazovun 1995-ci ildə ailə həyatı qurduğu və birgə nikahdan dörd övladının anası olan Xəyaləyə (şərti adlı) dəhşətli işgəncələr verməklə dəfələrlə xəsarətlər yetirdiyi məlum olub.
Həyat yoldaşının əlindən evdən meşəyə qaçan və daha sonra xəstəxanaya yerləşdirilən qadının artıq ərindən rəsmi qaydada boşandığı da müəyyənləşib.
Məhkəmədə D.Eyvazov həyat yoldaşını həqiqətən dəfələrlə döydüyünü etiraf etsə də, xanımının onu söyüb təhqir etdiyinə görə bu əməlləri törətdiyini deyib. Ekspertiza rəylərindən isə D.Eyvazovun həyat yoldaşının bədəninin müxtəlif nahiyələrini qızdırılmış dəmir parçası ilə bir neçə dəfə yandırdığı, hətta qaynar metalla həyat yoldaşının cinsiyyət orqanını da yandırması məlum olub. Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs deyib:
"Aramızda baş verən ailədaxili münaqişələr səbəbindən keçmiş ərim Dəmirlə 2020-ci ilin dekabrında Qəbələ rayon Məhkəməsinin qərarı ilə boşanmışam. Onunla 1995-ci ildə rəsmi nikaha daxil olub ailə qurmuşam. Birgə nikahdan dörd övladımız olub. Ailə qurduqdan boşanan müddətə kimi uşaqlarla birlikdə Dəmirə məxsus Qəbələ rayonundakı evdə yaşamışıq. Ailə qurduqdan sonra aramızda tez-tez ailədaxili münaqişələr olub və mütəmadi olaraq yoldaşım tərəfindən döyülmüşəm, işgəncələrə məruz qalmışam.
Buna əsas səbəb Dəmirin üçüncü övladımız - Nigarı (ad şərtidir) bacımın ərinin himayəyə götürmək istəməsi olub. O, Nigarı öz övladı kimi istəmirdi və məndən dəfələrlə doğma qızımızı öldürməyi tələb edirdi. Onun tələbinə əməl etmədiyim üçün məni dəfələrlə döyüb, əzab, işgəncə verib. 2018-ci ilin yazında, eləcə də, həmin il yayın sonunda kənddəki evdə Dəmir ilə aramızda daha bir ailədaxili münaqişə baş verdi. O, bədənimin müxtəlif nahiyələrini alovla yandırmaqla, qaynar su tökməklə və qızdırılmış metal əşya basmaqla mənə xəsarətlər yetirdi. Lakin Dəmirin qorxusundan eləcə də uşaqların xatirinə Dəmirdən aidiyyəti orqanlara şikayət etməmişəm. 2018-ci il tarixində boşanıb ayrılmaq üçün Qəbələ rayon Məhkəməsinə boşanma haqda ərizə ilə müraciət etmişəm. Lakin yenə də uşaqları nəzərə alaraq ailəmizin dağılmaması üçün onunla barışdım, boşanmaqdan imtina etdim, yenidən birlikdə yaşamağa qərar verdim.
Sonuncu dəfə 13 oktyabr 2019-cu il tarixində saat 23 radələrində Dəmir yenidən ailə münaqişəsi yaratdı, məndən qızımız Nigarı öldürməyimi tələb etdi, yaşca böyük qızımızın ərə getməsi üçün mütləq Nigarın ölməli olduğunu bildirdi.
Lakin buna etiraz edərək qızımı öldürə bilməyəcəyimi dediyim üçün Dəmir əvvəllər olduğu kimi, yenə də məni həyətə düşürüb lüt soyunduraraq stulda otuzdurdu. Əl-qolumu dəmir trosla və ip ilə bağladı, dəmiri qızdırıb qoluma, ayaqlarıma və cinsiyyət orqanıma vurub yandırdı. Eləcə də, bədənimə vedrə ilə soyuq su tökdü.
Bundan sonra mənə vedrəyə soyuq su doldurtduraraq yanıma qoydu ki, yatıb durduqdan sonra həmin suyu bədənimə töküm. Mən həmin gecə o yatdıqdan sonra xəlvəti evdən çıxaraq kəndin meşəliyi ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına gəldim, təxminən beş gün həkimlər tərəfindən müalicə aldım. Dəmirdən şikayətçiyəm və ona ən ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş edirəm".
Məhkəmədə ifadə verən ailənin böyük qızı atasının anasına dəhşətli işgəncələr verdiyini, ailədə daim dava-dalaş saldığını, anasını hətta lüt soyunduraraq həyətdə stula bağladığını və qızdırılmış dəmirlə bədənini yandırdığını bildirib.
Digər şahidlər də D.Eyvazovun törətdiyi əməllər barəsində danışıblar.
Qəbələ rayon Məhkəməsi Dəmir Eyvazovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
-
Zərdabdakı qəzada ölən sürücü riyaziyyat müəllimi imiş
-
Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı
-
Ucal faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş...
XƏBƏR LENTİ
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
-
İstanbulda 12 yaşlı azərbaycanlı uşaq güllələndi - Anbaan Video
-
Serbiyada növbədənkənar seçkilərin tarixi açıqlandı
-
Acun: “Bugünkü uğurumun sirri əslində tənhalıqdır”
-
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
-
Prezindet İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər - (Foto)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
-
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib - (Foto)
-
Xalq artistinin iş yeri bəlli oldu
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Həmin toyda gəlinə taxılan qızıllar kirayə imiş...
-
Seru Qirassi Levandovskini geridə qoydu
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Vulkana reportaj çəkməyə getdilər, geri qayıtmadılar - 7 nəfər itkin düşdü





