Qoroskop

Hansı bürclər tez evlənir?

10 Oktyabr 2024 16:13
Baxış: 3 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi bürclər evliliyə və yuva qurmağa daha çox can atırlar. Astroloqlara görə, insanların evliliyə olan münasibəti həm də bürcləri ilə bağlıdır.

Milli.Az yenisabah.az-a istinadən bürclərin evliliyə münasibətini təqdim edir:

Qoç bürcü və evlilik - Həyatınızı inanılmaz dərəcədə dəyişdirib şənləndirə bilər. Əgər bu bürcdən olan biri ilə münasibətdəsinizsə, hər an hər şeyə hazır olmalısınız. Monoton bir münasibət gözləməklə böyük səhvə yol verirsiniz. Kişilərin çoxu Qoç bürcünün qadınlarını əldə edə bilmir. Bu bürcün qadınları qürur və güc axtarırlar, eyni zamanda qarşı tərəfin itaət etməsini gözləyirlər. Çünki kiminsə onların üzərində hakimiyyət qurmağa çalışmasını xoşlamırlar. Qoç qadınları ilə evlənən kişilərin həyatı çox rəngarəng olur. 

Buğa - Buğa bürcünün qadınları və kişiləri adətən təmtəraqlı toyları xoşlayırlar Onlar hətta övladlarının da məclisinin təmtəraqlı keçməsini istəyirlər.

Evlilik buğa bürcləri üçün çətin verilən qərardır. Hər şeydən əvvəl münasibətinin sağlam olmasından əmin olmalıdır. Həyatının ən çətin qərarını verdikdən sonra plan quraraq hər şeyi detallarına qədər reallaşdırmağa tələsirlər. Xəyallarını nağıllardakı kimi dəbdəbəli toylar bəzəyir. Buğa bürcünün kişiləri seçdiyi xanımı daim qoruyur. Əgər sadiq və etibarlı buğa bürcündən olan bir kişi ilə evlənsəniz, bütün ehtiyaclarınızı ödəyəcəyindən əmin ola bilərsiniz. Buğa qadını üçün iş ön planda dayanır və karyerası daha çox əhəmiyyət kəsb edir. İstədikləri pilləyə qalxandan sonra ailə qurmaq sevdasına düşürlər. Əslində, sevgi dolu insanlardır. Uşaq sahibi olduqdan sonra onları hər şeylə təmin etmək üçün əllərindən gələni edirlər.

Əkizlər -  Hər cür mühitə asanlıqla öyərəşən yaxşı həyat yoldaşıdır. Ehtiyaclarını ödəyən və onunla eyni həyat tərzini paylaşan bir həyat yoldaşı ilə xoşbəxt olurlar. Əkizlər bürcü ilə sakit həyat sürmək çətin məslədir. Bu bürclə evlənməzdən əvvəl bir neçə il tanışlığın faydası var. Bu, onların özlərini hazır hiss etmələri baxımdan çox önəmlidir.

Əkizlər bürcündən olan bir qadınla evlənsəniz, bacarıqlı və zəhmətkeş bir həyat yoldaşınız olar. Bu bürcünün qadınları üçün başlanğıcda hər şey çətin olsa da, öyrəşdikdən sonra yaxşı həyat yoldaşı olurlar. Əkizlər şən və zövqlü insanlar sırasına daxildir.

Xərçəng - Xərçənglər çox ailəcanlıdır. Normal münasibət və ailə həsrəti çəkirlər. Ailə onlar üçün dünyanın ən müqəddəs mövhumudur. Buna görə də ailəsinə dəyər verir və qoruyurlar. Əgər evlilik həyatında problem olarsa, onu inadla həll etməyə çalışırlar.

Şir - Şir bücü hər şeyə nəzarət edir. Bəzi insanlar üçün bunun heç bir qorxusu olmaya bilər. Amma müstəqilliyə öyrəşmiş və avtoritar insanlara bu cür davranışlar ciddi şəkildə mane olur. Əslində, şir bürcünün suvereliyini qəbul etmədən ayaqda dayana bilən insan onun üçün daha faydalı olacaq. Vəziyyət necə olursa-olsun, onun evlilik həyatının əyləncəli və romantik keçəcəyindən əmin ola bilərsiniz. Şir bürclərinin qadınları dəlicəsinə sevilmək arzusundadır. Laqeydlik hiss edərsə, bu onun üçün ağır dərd olur. Həyat yoldaşına iş həyatı da daxil olmaqla, hər sahədə dəstək olurlar.

Qız - Qız bürcləri evlilik həyatında müəyyən bir nizam olmasını istəyirlər. Maddiyyat onlar üçün çox önəmlidir. Evlənməzdən əvvəl kommunal xərclərinin vaxtlı-vaxtında ödəyə biləcəyindən əmin olmaq istəyərlər. Arzuladığı həyatı yaşaya biləcək qədər pulu olmalıdır. Həm kişiləri, həm də qadınları bir-birini tənqid etməyə, səs-küy salmağa meyli insanlardır.

Tərəzi - Qərarsız tərəzilərin evliliyə qərar verməsi asan məsələ deyil. Münasibətlərinin möhkəmləndiyini hiss etdikdən sonra asan qərar verə bilirlər. Özlərini etibarda hiss etməsələr, eşqinizin saf və dürüst olduğunu sübut etmək lazım ola bilər. Bəzən mənasız yerə mübahisə salıb və sevginizi sınaqdan keçirmək istəyirlər. Tərəzi qadını aşiq olduğu zaman özünü tamamilə qarşı tərəfə həsr edir.

Əqrəb - Bir çoxu öz kiçik dünyasında sərbəst şəkildə dolaşmaq istəyir. Seksual uyğunluq onun üçün çox önəmlidir. Onun barmağına bir dəfə evlilik üzüyü taxa bilsəniz, işlər tamamilə dəyişir. Əqrəblərin əksəriyyəti ailə qurduqdan sonra atdığı hər addıma fikir verir, yüz ölçür-bir biçir, hər bir halda həyat yoldaşına arxa-dayaq olarlar. Sevdiyi insanın sevgisindən şübhələnsələr, inanılmaz dərəcədə qısqanc olurlar.

Oxatan - Onlar üçün evlilik duyğusal macəra və yeni bir kəşfdir. Bu həyəcan bitdiyi andan etibarən problemlərə səbəb olur. Sədaqətli bürclər deyillər. Hər işi birlikdə görməkdən çox, həyat yoldaşını sevmədiyi işləri görməyə məcbur edirlər. Bu isə əksər hallarda qısqanclıq böhranı ilə nəticələnir. Oxatan bürcünün qadınları övlad sahibi olmağı çox istəyir. Həyat yoldaşına bağlı olmağı xoşlamırlar, güzəştə getməyi bacarmırlar. Oxatan kişiləri isə arzuladığı qadını tapdığı halda işə nikahla son qoyurlar.

Oğlaq  - Oğlaq bürcləri üçün nikah masasına oturmaq asan deyil. Hər şeyin qaydasında olmasını gözləyir, səbr edirlər. Sevdiyi insanın evliliklə bağlı hər detala əhəmiyyət verməsini istəyirlər. Evlilik onlar üçün ölənədək davam edən birliyin başlanğıcıdır. Maddi mövzulara çox diqqət edirlər. Şəxsi həyatı və işi arasında tarazlıq quraraq ailəsinə də vaxt ayırmağa çalışırlar.

Dolça - Qorxularından, şübhələrindən xilas olduğu anda evlənməyə qərar verirlər. Dolça bürcləri sadiq və əzmli olurlar. Həyat yoldaşına sərbəstlik və müstəqillik verirlər, eyni zamanda mehriban olmağa çalışırlar. Əgər bu haqlar onların əllərindən alınsa, özlərini müstəqil şəxsiyyət hiss etməsələr, ailədə münaqişə yarana bilər.

Əgər sosial həyatları zədələnərsə, problem yarana bilər. Çünki dolçalar vaxtını ancaq bir insana həsr etməyi xoşlamırlar.

Balıqlar - Bu bürcün nümayəndələri xəyallarını reallaşdırmaq istəyən adamlardandır. Balıq bürcləri üçün bal ayı bitmir. Romantik evlilik həyatları olur. Bəzi balıqlar isə evləndiklərindən bir müddət sonra ilk günlər üçün darıxırlar.

Balıq qadınları həyat yoldaşlarının ehtiyaclarına önəm verir. Şəfqətli və fədakar ana olurlar. Ailəsi ilə birlikdə vaxt keçirməkdən inanılmaz dərəcədə zövq alırlar. Balıq bürcündən olan kişilər isə həyat yoldaşına və uşaqlarına qarşı çox həssasdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.