Qoroskop

Bürclərin ən zəhlətökən xüsusiyyətləri - Adamı bezdirirlər

6 May 2024 20:26
Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bürclərin özünəməxsus mənfi və müsbət xarakterləri var. 

Astroloqlar bu dəfə bürclərin ən zəhlətökən xüsusiyyətlərini araşdırıblar. 

Milli.Az yenisabah.az-a istinadən sözügedən xüsusiyyətləri təqdim edir: 

Qoç bürcü - qoçlar, özlərini həmişə ön planda görmək istəyir. Tez hirslənirlər. Bəzən kobud davranır və dalaşqan olurlar. İnadçıdılar və hər şeyin ən yaxşısını istəyirlər. İstəkləri yüksəkdir, buna görə də özlərini çox yorurlar. 

Buğa bürcü - buğalar tənbəl olur. Hər şeydən tez bezir və buna görə də deyinirlər. Bəzən çox anlayışsız olurlar. 

Əkizlər bürcü - əkizlər dəyişkən ruhlu olur. Xarakterləri sabit olmur. Hər şeylə maraqlandıqları üçün ətrafındakılarını bezdirə bilərlər. Əsəblərinə nəzarət edə bilmirlər.

Xərçəng bürcü - xərçəng bürcü aşırı duyğusal olur. Çox tez küsürlər. Çox dəyişkən olduqları üçün bəzən həyəcanlı, bəzən isə depressiyaya düşə bilirlər. Ciddi görkəmlərinin altında zəif xarakterli bir insan yatır.

Şir bürcü - şirlər özünü çox bəyənən və özündən razı xarakterə malikdir. Sizinlə danışdığı zaman ağlında başqa fikirlər dolaşır. Sabit fikirli və kinli olmasından dolayı başqalarının dediklərinə fikri vermirlər. 

Qız bürcü - qızlar çox diqqətli və məsuliyyətli olur. Hər şeyin mükəmməlini istəyirlər. Əhəmiyyətsiz şeyləri şirirdib problem yaradırlar. 

Tərəzi bürcü - tərəzilərin ən zəhlətökən xüsusiyyəti aşırı qərarsız olmalarıdır. Kinli və hirslidirlər. Onlara edilən səhvləri rahatlıqla bağışlaya bilmirlər. Eyni zamanda saf ürəyə və qəlbə malik olurlar. 

Əqrəb bürcü - əqrəblər aşırı dərəcədə şübhəli və qısqanc olurlar. Xəyal gücləri çox genişdir. Olmayan bir şeyə inanıb o mövzuda müzakirə apara bilərlər. İnadnçı olmaları heç kəsin xoşuna gəlmir. 

Oxatan bürcü - oxatanlar hər şeyi həddindən artıq şişirdir və dramatikləşdirir. Hərdən çox kaprizli olur. Diqqətsiz olması başqalarında qıcıq yaradır. Məsuliyyətsizlik kimi xüsusiyyətləri var. 

Oğlaq bürcü - oğlaqlar çox sərt görünürlər. Başqaları onun yanında özünü rahat hiss etmir. Çox sərt hərəkətlər edirlər. Pul xərcləməkdə xəsisdilər və məsrəfçilikdən uzaqdılar.

Dolça bürcü - dolça bürclərinin həyatdan istəkləri və arzuları sonsuzdur. İstəklərinin göydən düşmə şəklində reallaşmasını istəyirlər. Kaprizli insanlardan xoşları gəlmir və başqa insanların duyğularını hörmətlə yanaşmırlar. Onlara inanmaq məsləhət deyil. 

Balıqlar bürcü - balıqlar hadisələrə aşırı duyğusal və saflıqla yanaşırlar. Hər şeydən və hamıdan çox tez təsirlərnirlər. Həyatlarını nəzarət altına almaqda çətinlik çəkirlər. Qərarsızdılar. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.