Texnologiya

İnstaqram həvəskarlarına şad xəbər

28 İyul 2021 09:28
0 Şərh     Baxış: 2 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Instagram" sosial şəbəkəsi istifadəçilər üçün bir sıra yeniliklər həyata keçirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Reels" qısa videoçarxlarının müddəti 30 saniyədən 60 saniyəyədək artırılıb.

Həmçinin, "Instagram"dakı daha bir yenilik 16 yaşadək olan istifadəçilərin yeni səhifələri ilə bağlıdır. Bundan sonra həmin səhifələrin yeni açılarkən qapalı olacağı bildirilib.

Bununla yanaşı, sosial şəbəkə reklamçıların gəncləri müxtəlif reklam kampaniyalarına cəlb etmək imkanlarını məhdudlaşdıracaq, eləcə də, şübhəli hesablar üçün uşaq səhifələrinin axtarışını çətinləşdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.