Texnologiya

"Facebook" üç ayda 1,3 milyard saxta hesabı ləğv edib

22 Mart 2021 16:05
Baxış: 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin oktyabr-dekabr aylarında "Facebook" sosial şəbəkəsi 1,3 milyard "fake" (saxta) hesabı bloklayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Facebook Inc" şirkəti özü məlumat verib.

Bundan əlavə, qlobal səhiyyə mütəxəssisləri tərəfindən dezinformasiya kimi qiymətləndirilən vaksinasiya və COVID-19 haqqında müxtəlif növ və formatda olan 12 mln. vahid məlumat "Facebook" tərəfindən silinib.

Qeyd edək ki, "Facebook"un Azərbaycanın sosial media bazarındakı payı 18,3% təşkil edir. Sosial şəbəkələr arasında populyarlığına görə birinci yerdə isə 23% ilə "Twitter" qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.