Texnologiya

Samsung Galaxy Z Fold 2 - gələcək bildiyinizdən daha yaxındır

15 Sentyabr 2020 10:00
Baxış: 1 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət öncə baş tutmuş "Unpacked" tədbiri çərçivəsində Samsung, Galaxy Z Fold 2 adlanan  ikinci nəsil qatlanan smartfon modelini təqdim etmişdir.  Galaxy Z Fold-da olduğu kimi, burada da biri xarici, digəri isə "qatlanan" daxili olmaqla, iki displey qurraşdırılmışdır. Eyni ekran sayına sahib olan smartfonlar biri birindən diaqonal ölçüsü və göstəricilər ilə fərqlənir.  Beləliklə, yeni Fold 2 HDR10 + dəstəkləyən, 6,2", 2260 x 816 icazəli Super AMOLED ekran və 220,6 x 1768 icazəli 7,6" Dynamic AMOLED 2X displeyə sahibdir. Qeyd etmək lazımdır ki, əsas ekran 120Hz tezliyi ilə görüntü yeniləməsini dəstəkləyir və smartfonun işləmə prosesini təqib edərək, bu tezliyi dəyişə və batareyaya qənaət edə bilir. Həmçinin, yeni Z Fold 2  daha incə və  yüngüldür, belə ki, cihazın çəkisi cəmi 282 qram, sol tərəfin eni 16,8 mm, sağ tərəfin isə 13,8 mm təşkil edir. Əlavə olaraq, burada yanma düyməsinin üzərində quraşdırılmış barmaq izi skaneri korpusun yan tərəfində yerləşir, lakin smartfon istifadəçiləri, cihazı blokdan çıxarmaq üçün Face Recognition funksiyasından da yararlana bilər. Ekranın "qatlanması" isə smartfon sahiblərinə buna misal olaraq App Continuity funksiyası, Flex Mode rejimi və s. kimi daha çox imkanlar təqdim edir.

Qeyd edilən, App Continuity, iki displeydən bir ekran kimi istifadə etməyə imkan yaradır. Bu funksiya sayəsində hətta smartfonun bir ekranından digərinə keçid etdiyiniz də belə, tətbiq interfeysi avtomatik tənzimlənərək displeyə uyğun şəkildə təqdim edir.  Flex Mode rejimi isə sizə cihazı tələb olan bucaqda  (75 ilə 115 dərəcə arası) quraşdırıb, istifadə etməyə imkan yaradır. Qeyd edilən bu yeniliklər xarici ekranda eyni zamanda iki tətbiqdən istifadə etməyə, onları asanlıqla əsas ekrana köçürməyə və Split Screen funksiyasından istifadə edərək üçüncü tətbiqi aktiv etməyə kömək edir. Ən əsası isə, məzmunu bir tətbiqdən digərinə köçürmək üçün artıq nə onu kopyalamağa, nə də bunun üçün tələb olunan "düyməni" axtarmaq lazım deyil, belə ki bu əməliyyatı indi sadəcə bir toxunuşla yerinə yetirə bilərsiniz. 


 
Əvvəlki modeldə olduğu kimi burada da selfie kamerası həm cihazın xarici, həm də daxili displeyində qurraşdırılmışdır. Kameralar eyni modula sahib olub,  10 MP icazə və F2.2 işıq gücü ilə təmsil edilmişdirlər.

Əsas kamera qismində isə burada üçlü obyektiv çıxış edir . Modul, 12 MP ultra geniş və F2.2 işıq gücünə malik martisasından, F1.8 diafraqmalı 12 MP geniş bucaqlı obyektivdən və F2.4 işıq güclü 12 MP telefoto kamerasından ibarətdir.
Həmçinin, Galaxy Z Fold 2 inanılmaz Dual Preview funksiyasına malikdir ki, bu funksiya sayəsində siz istənilən şəkildə arzu etdiyiniz kimi düşəcəksiniz, hətta bu foto başqası tərəfindən çəkilsə belə.  Belə ki, hətta ekranı açıq şəkildə əsas kamera ilə çəkiliş edərkən, smartfon avtomatik olaraq kamera görüntüsünü xarici ekranda da əks etdirir. Beləliklə, çəkiliş obyekti real zamanda öz əksini "güzgüdəki", kimi görərək, bütün prosesi tam nəzarətdə saxlayır  Ayrıca olaraq qeyd etmək lazımdır ki, kamera çəkiliş obyektini hətta hərəkət zamanı izləməyə imkan yaradan avtofokus funksiyası ilə də təchiz edilmişdir. Belə ki, süni zəka üzərindən işləyən kamera eyni anda 14 fotoşəkil qeydə alaraq, sonunda onları bir mükəmməl şəkildə toplayır. Əlavə olaraq, üçlü modul 4K video çəkilişini, 10 qat rəqəmsal və 2qat optik zoom-u dəstəkləyir.


 
Əlavə olaraq qeyd etmək lazımdır ki, sözü gedən bu cihaz tək çipli sistem üzərindən işləyən, 7 nm 64 bitlik səkkiz nüvəli Qualcomm Snapdragon 865+ prosessor ilə təchiz olunmuşdur. Həmçinin, Galaxy Z Fold 2 12 GB RAM və 256 GB daxili yaddaşa yiyələnmişdir.

Yeni smartfon süni zəka üzərindən işləyən "ağıllı" batareya ilə də təchiz edilmişdir. İki batareyanın enerjisini özündə birləşdirən akkumulyator, 4500 mAh tutumuna sahibdir. Həmçinin, cihaz 25W sürətli və 10W simsiz yükləmə dəstəkləyir.

Yeni Galaxy Z Fold 2  smartfonu haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.