QLED 8К - incə tərtibatda yüksək keyfiyyətli görüntü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir televizorlar ən yüksək keyfiyyətli təsviri ötürməyə qadirdir, bu isə daha parlaq və daha dəqiq görüntü deməkdir. Lakin, Samsung-un QLED texnologiyası ilə təchiz olunmuş yeni 8K seriyası sayəsində ekrandan izlədiyiniz görüntü canlanaraq daha təbii təsvirdən zövq almanıza imkan yaradır. Beləliklə, sözü gedən yeni televizorlar 8K keyfiyyətli təsviri yayımlamağa qadirdir. Belə ki, qeyd edilən bu cihazların ekranında 4K keyfiyyətli görüntü ötürən televizorlarla müqayisədə 4 dəfə daha çox piksel ifadə edilir. Belə olduğu halda əgər 4K üçün bu 3840 × 2160 pikselli icazə deməkdirsə, 8K seriyasında bu göstərici 7680 × 4320 piksel təşkil edir. Daha çox piksel daha çox nano nöqtələrin ekranda ötürülən təsvirin incə çalarlarının ifadə etməsi sayəsində dəqiq görüntünün yayımlaması deməkdir. QLED 8K daha canlı görüntü yayımlamaqla yanaşı, müxtəlif mənbələrdən ötürülən və istənilən keyfiyyətdə təqdim edilən görüntünü 8K keyfiyyətinə yaxın təsvirə çevirə bilir. Süni zəka üzərindən işləyən xüsusi Quantum prosessor, real vaxt çərçivəsində, hər səhnədə ayrı ayrılıqda ötürülən təsvirin keyfiyyətini artırmağa kömək edir. Ötürülən siqnalı "oxuyaraq" prosessor onu üç addıma yaxşılaşdırır. İlkin mərhələdə "ağıllı maşın" ümumi fonu əsas təsvirdən ayıraraq, təqdim edilən siqnalı diaqonala uyğun şəkildə "uzadır" və görüntünün üç fəzalı təəssürat bağışlaması üçün çatışmayan pikselləri avtomatik əlavə edir.
Həmçinin QLED 8К HDR 10+ texnologiyasını dəstəkləyir ki, onun sayəsində süni zəka optimal rəng ötürmə göstəricilərini tənzimləyərək, təzadlıq və dəqiqliyi hər kadra uyğun şəkildə seçir. Diaqonalı 98 " təşkil edən modellərdə isə maksimal parlaqlıq rekord göstərici olan 4000 nits-ə qədər çatır! Beləliklə, ötürülən səhnənin parlaqlığından asılı olmayaraq izləyici hər bir xırda detaldan zövq ala bilir.
Bundan əlavə, QLED 8K Ultra Viewing Angle texnologiyası sayəsində daha da geniş görüntü bucağı təqdim edir. Ekranın ikiqat örtüyü işığı düzgün istiqamətə yönəltməklə yanaşı bərabər şəkildə displey üzərində paylaşdıraraq onun itkisini minimuma endirir.
Müasir və qabaqcıl texnologiyaların təcəssümü olmasına baxmayaraq yeni QLED 8K televizorları sadə qara haşiyəyə alınmış böyük ekran və yanlarda quraşdırılmış incə dayaqlarla ifadə olunan minimalistik üslubda ərsəyə gətirilmişdir. Əlavə olaraq mühəndislər burada One Connect görünməz qoşulmasını da tətbiq etmişdirlər. İndi televizor qoşulmalarının hər biri cihazla xüsusi paylayıcıya qoşulan tək naqil vasitəsi ilə əlaqə yaradır. Beləliklə, televizora nə qədər əlavə cihaz qoşmağınızdan asılı olmayaraq, dolaşıq kabel problemi yaşamadan, onları asanlıqla bir rəfə və ya dolaba gizlədə bilərsiniz.
Sonda qeyd etmək olar ki, No Wall Gap Mount xüsusi bərkitməsinin köməyi ilə, divara quraşdırılarkən televizor səthə tam montaj edilir. Adından da bilindiyi kimi, belə bir bərkitmə sayəsində vizual olaraq divar və televizor arasında heç bir ara məsafənin olmadığı və cihazın sanki, divarın bir hissəsi olduğu təəssüratı yaranın. Sözü gedən bərkitmə ilə yanaşı, Samsung mühəndisləri televizoru istənilən məkanın dekorunda tamamilə "gizlətməyə" imkan verən xüsusi interyer rejimi də təklif edirlər. Ambient Mode rejimi sayəsində QLED 8K funksional video avadanlıq olması ilə yanaşı, həm də interyerinizin zövqlü bəzəyinə çevrilir. Bu rejimdə televizor divar naxışlarına uyğunlaşaraq ekranda saat və hava proqnozu kimi məlumatları əks etdirə və ya foto qalereya kimi fəaliyyət göstərə bilir.
Samsung QLED 8K haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tramp süni intellektin adını dəyişdi
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
XƏBƏR LENTİ
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)





