Texnologiya

İnstagram-dan xəbərdarlıq - "Panel"lər silinəcək

21 Noyabr 2018 12:01
0 Şərh     Baxış: 3 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnstagram süni yollarla izləyicilərini artıranlara xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, şirkət digər vasitələrlə izləyici, bəyənmə, şərh, baxış artıranların qarşısını alacaq. Sosial şəbəkədə aparılan son yeniləmələrdən sonra İnstagram sizdən parol istəyəcək. Əgər siz yenə də süni vasitələrdən istifadə etsəniz, həmin yolla əldə etdiyiniz izləyici, bəyənmə, şərh, baxışlar İnstagram tərəfindən silinəcək. 

Digər vasitələrlə izləyici artırmaq Azərbaycanda da məşhurdur. Sosial şəbəkə istifadəçiləri bunu "panel" adlandırır. Ödənişli panel xidməti göstərən şəxslər də var. Bu xidmətdən daha çox şou-biznes nümayəndələri istifadə edirlər. Bu yolla instagram-da izləyici, bəyənmə sayını süni şəkildə artırmaq olur. 

İnstagram tərəfindən "panel"dən istifadə edənlərin profillərinə yaxın günlərdə xəbərdarlıq göndəriləcəyi planlaşdırılır.

Asif Mehman
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.