Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nar" mobil operatoru yeni vizual görünüşünü mətbuat nümayəndələrinə təqdim etdi - FOTO
9 Aprel 2015 10:00
Baxış: 1 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Jurnalistlər yeni logo və kreativ platforma haqqında məlumat aldılar, Mətbuat klubunda ənənəvi ziyafət verildi.
6 aprel tarixində "JW Marriott Absheron Baku" otelində möhtəşəm bir bayram ab-havasında fəaliyyətini yeni vizual görünüşü ilə davam etdirdiyini ictimaiyyətə elan etmiş Nar 7 aprel tarixində mətbuat konfransını keçirdi. "Hilton Baku" otelində keçirilən mətbuat konfransında çıxış edən "Azerfon" MMC-nin baş icraçı direktoru Kent Maknili "Nar" brendinin və "Nar Bağı" kreativ platformasının fəlsəfəsi haqqında jurnalistlərə ətraflı məlumat verərək, mobil operatorun keçdiyi inkişaf yolundan danışdı. O, "Nar" ticarət nişanının yeni mərhələyə addım atmağa hazır olduğunu xüsusi vurğulayaraq, brendin daha böyük hədəflər haqqında düşündüyünü bəyan etdi.
"Nar" operatorunun keçdiyi inkişaf yolu bir uğur hekayəsidir. Bu, komanda ruhunun hakim olduğu kollektivimizin hər bir fərdinin uğurudur, bizim ümumi qələbəmizdir. Fəaliyyət göstərdiyimiz illər ərzində biz daima şəbəkəmizi təkmilləşdirməyə, abunəçilərimizə münasibliyi və müxtəlifliyi ilə seçilən tarif planlarını və innovasiyaları təqdim etməyə, o cümlədən müştəri xidmətlərimizin səviyyəsini yüksəltməyə can atmışıq. Artıq yeni mərhələyə qədəm qoyuruq və daha yüksək nəticələrə doğru inamla irəliləyəcəyik", - deyə Kent Maknili çıxışında xüsusilə qeyd etdi.
Mətbuat konfransında iştirak edən Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov da mobil operatorun rəhbərliyini və bütün əməkdaşları təbrik etdi, "Nar" ticarət nişanının Azərbaycanın rabitə bazarında daha da çox yeniliklər gətirəcəyinə əminliyini bildirdi.
Mətbuat konfransının ardından jurnalistlər, bloqerlər və digər ictimaiyyət nümayəndələri Nar Mətbuat klubundakı ənənəvi ziyafətə dəvət edildilər. Bu il Mətbuat klubunda keçirilən birinci görüş həmişə olduğu kimi istirahət formatında təşkil edildi. Qeyri-rəsmi şəraitdə və şən əhval-ruhiyyədə keçən görüşdə ilk dəfə olaraq lotereya oynanıldı və jurnalistlərə müxtəlif hədiyyələr təqdim edildi. İndiyədək keçirilən bütün görüşlərdə iştirak etmiş və hər zaman aktiv olmuş 5 jurnalistə "Nar" Mətbuat klubunun daimi üzvü" sertifikatı verildi.
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Bu ixtira hərbçilərimizi minalardan QORUYACAQ - VİDEO
-
Hər telefonda olan tətbiq 4 QB-lıq faylı gizlicə yükləyir: Parametrləri dərhal dəyişin
-
Klaviaturadakı sirli düymə: "Pause Break" nə işə yarayır?
-
Tarixdə ən çox satılan mobil telefon açıqlanıb
-
İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər
-
Araşdırma: Süni intellekt söhbət tarixçənizdən şəxsiyyətinizi təxmin edə bilir
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO