Texnologiya

Samsung-dan yeni Wi-Fi standartı

13 Oktyabr 2014 20:16
0 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cənubi Koreyanın Samsung korporasiyası Wi-Fi texnologiyasının 802.11ad versiyasını hazırlayıb. Şirkətin saytındakı informasiyaya əsasən, smartfon sahibləri informasiyanı artıq beş dəfə daha sürətli yükləyəcəklər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 60 QHs yüksək tezlikdə işləyən yeni standart sayəsində 1 QB tutumunda filmi smartfona üç saniyədə yükləmək mümkün olacaq - şirkətdən bildirilib. Məlumatlar saniyədə 4,6 Qbit sürətlə ötürüləcək.

Beləliklə, bir saniyədə 575 MB məlumat yüklənəcək. Mövcud standartlar eyni müddətdə 108 MB informasiya yükləməyə imkan verir.

Yaxın gələcəkdə yeni texnologiyanı portativ elektron qurğularda (planşet, smartfon, həmçinin xüsusi telekommunikasiya və tibbi avadanlıq) istifadə etmək planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.