WhatsApp-la bağlı 5 vacib səbəb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ICTnews-a istinadən bildirir ki, hələ ötən il TechCrunch texnobloqunun jurnalistləri tərəfindən hazırlanmış infoqrafikaya əsasən, İspaniyada WhatsApp messencerindən istifadə göstəricisi 97%, İtaliyada 54%, Niderlandda 83% və İsveçrədə 69% olub. Yazışma üçün Facebook Messengerdən aktiv istifadə edən iPhone sahiblərinin payı isə bu ölkələrin əksəriyyətində olduqca aşağıdır.
1. Facebookun yeni istifadəçilərə və bazarlara kəskin ehtiyacı var
Göründüyü kimi, Facebookun yeni istifadəçilərə kəskin ehtiyacı var. Digər bir tərəfdən isə Facebook-un artıq WhatsApp messencerinin artım sürətinə çatmaq imkanı yox idi.
2. WhatsApp yeni auditoriya cəlb edilməsi üzrə sosial şəbəkə və messencerlər arasında rekordçudur
9 ay bundan əvvəl proqramdan müntəzəm olaraq 200 milyon insan istifadə edib. Bu yaxınlarda şirkətin açıqladığı yeni göstəriciyə əsasən, onun auditoriyası 450 milyon aktiv istifadəçi təşkil edir.
Bu halda tətbiq vasitəsilə yüz milyonlarla istifadəçisi ünsiyyət saxlayır. Hələ ötən ilin iyununda şirkət 24 saat ərzində göndərilmiş mesajların sayının 27 milyard olduğunu açıqlamışdı. 2012-ci ilin dekabrında isə bu göstərici 18 milyard dollar təşkil edib.
3. Facebook satın almasa idi, başqa rəqib bunu edəcəkdi
2013-cü ildə yayılmış şayiələrə görə, Google şirkəti messenceri satın almaq istəyirdi. Hətta sazişin dəyəri 1 milyard dollar olacağı fikirləri də səslənirdi.
The Information texnologiya bloqu yazır ki, WhatsApp satınalma haqqında təklif aldığı təqdirdə internet nəhənginə bu barədə verdiyi məlumat müqabilində Google ödəyəcəkdi. Buna baxmayaraq, WhatsAppin yaradıcıları bu sazişdən imtina ediblər. Lakin üstündən bir neçə ay keçir və messencer Googleun rəqibi Facebook satılır.
4. O, ən universal mobil messencerdir
WhatsApp vasitəsilə ünsiyyət üçün tətbiq, demək olar ki, bütün platformalar üçün mövcuddur. Şirkət iOS, Android, Windows Phone, BlackBerry, Nokia S40/Asha və Symbian əməliyyat sistemlərindən istifadə edənlər üçün əlçatandır.
Yalnız tətbiqin brauzer və ya masaüstü əməliyyat sistemləri üçün müştərisi yoxdur.
5. WhatsAppı almaq - Mark Zukerberqin interneti planetdə 5 milyard insan üçün əlçatan etmək üzrə planın bir hissəsidir
Ötən il Mark Zukerberq interneti və müasir kommunikasiya vasitələrini planetdə 5 milyard insan üçün əlçatan etmək planını açıqlamışdı. Internet.org təşkilatının təşəbbüsünə Facebook-dan başqa Nokia, Opera, Samsung, Qualcomm və başqa şirkətlər qoşulmuşdu.
WhatsApp messencerinin inkişaf etməkdə olan bazarlardakı uğuru göstərir ki, bu cür messencer yaşayış səviyyəsindən asılı olmayaraq, insanlar arasında əlaqə yaratmağın ən yaxşı üsullarından biridir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu
-
"Sabah" "Hapoel Beer-Şeva"ya qarşı - ÇL-nın bir addımlığında
-
Tərtərdə avtomobil 2 qadını vurub öldürdü
-
Ailəsi dağılan azərbaycanlı müğənni ilk dəfə nişanlısından danışdı - (Fotolar)
-
ÜST-dən xəbərdarlıq: “Görünməmiş sürətlə yayılır”
-
Maşın ağaca çırpıldı - Ölən var
-
Elşad Xosedən yeni xəbər var
-
Çində güclü zəlzələ oldu
-
ÇL: “Fənərbağça” "Lyon"la bacarmadı
-
Yalnız 4 bürc şanslı bilet çəkəcək
-
İsti, yoxsa soyuq? - Hava yanacaq sərfiyyatına təsir edir
-
Kanye Putinlə görüşmək istəyir
-
Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə - Siyahı açıqlandı
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi





