DayTube arzu edən hər kəsə şəxsi videoçarx səhifəsi yaratmaq imkanı təqdim edir. Videoçarxlarla dolu səhifə Kanallar bölməsində yaradılacaq.
Fiziki şəxslər, televiziya kanalları, KİV, videoçarxları olan şirkətlər videoçarxlar səhifəsinin müəllifi ola bilərlər. Bu səhifələr sayəsində istifadəçi öz videolarını və bəyəndiyi videoları bir araya gətirə bilər.
Portalın xidmətlərinə, o cümlədən DayTube-a, çıxış imkanları əldə etmək üçün Day.Az-da (http://www.day.az/) elektron poçt ünvanı yaratmaq lazımdır. DayTube-da videoçarxlar yaratmaq prosesi isə lap sadədir. DayTube səhifəsinə Day.Az-ın bölmələrindəki DayTube düyməsini klikləməklə keçmək olur. Və ya www.DayTube.az İnternet saytına daxil olmaq olar. Sonradan, "Каналы" (Kanallar) düyməsi vasitəsi ilə http://video.day.az/channels linkinə keçmək, öz kanalınıza ad və kateqoriya seçmək lazımdır. Nəticədə, sizin şəxsi DayTube səhifəniz açılacaq.
Səhifənizə maraqlı və orijinal ad düşünməklə, istifadəçilərin daha çox diqqətini cəlb etmək olar. Portal istifadəçilərindən hər biri "Обзор" funksiyası sayəsində səhifə üçün avatar seçə bilər. Profil şəkli yükləndikdən sonra istifadəçi öz şəxsi istəyindən asılı olaraq, orada annotasiya da yaza bilər. Burada səhifə haqqında məlumat və ya digər sosial şəbəkələrlə əlaqədar keçidlər yerləşdirmək olar.
Bəzi məhdudiyyətlər də tətbiq olunur. Yüklənən videofaylın həcmi 500 Mb-dan çox olmamalıdır. Videoların formatı isə aşağıdakılardır: avi, wmv, mov, mpg, mpeg, flv, asf, mp4, mkv, 3gp.
Day.Az şirkəti yüklənən filmlərin və videoçarxların məzmununa görə məsuliyyət daşımır.
Mənəvi normalara əməl edilərək, təhqiramiz ifadələrdən istifadə edilən, milli və ya dini nifrətə çağırış olan, ekstremist, milliyyətçi, irqçi xarakter daşıyan, digər istifadəçilərin, tanınmış ictimai-siyasi xadimlərin şərəf və ləyaqətini təhqir edən videoların yüklənməsi qadağan edilir.
Kanallardan pornoqrafik və erotik məzmunlu videoların yüklənməsi üçün istifadə etməyə, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyini pozan materialların yayılmasına icazə verilmir. Saytın administrasiyası tərəfindən müəyyən edilmiş qaydalar pozulduqda, xəbərdarlıq edilmədən video silinəcək.
İcazə verilən videolar moderasiyadan keçəcək.
Əgər kimsə saytda yayılmış videoçarxın onun müəlliflik hüquqlarını pozduğunu hesab edirsə, o zaman bu barədə şirkəti məlumatlandırsın. [email protected] elektron poçt ünvanı vasitəsi ilə bizimlə əlaqə saxlamaq olar. Oxucunun məktubu operativ şəkildə araşdırılacaq.
Zamanın nəbzini tutun, DayTube-da şəxsi səhifənizi yaratmaq imkanını qaçırmayın.
Day.Az portalı sizi gözləyir!
Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DayTube-da öz səhifəni yarat
14 Oktyabr 2013 00:30
1 Şərh
Baxış: 2 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Süni intellekt videosuna inanıb milyonluq ziyana düşdülər
-
Qaz pulunu yarıbayarı azaldacaq: Yeni texnologiya - FOTO
-
Telefonumuz nəyi izləyəcəyimizi necə bilir?
-
"Gmail" istifadəçilərinin nəzərinə- Həmin funksiya aktiv olacaq
-
Milyonlarla telefon 6 gün sonra işləməyəcək
-
Airfrayer yoxsa soba - Hansı daha qənaətcildir?
XƏBƏR LENTİ
-
Mənzil bazarında qiymətlər niyə artıb?
-
Bir şarjla daha uzun yol: Çin elektromobillər üçün qaydaları dəyişir
-
Türkiyə Ermənistanla sərhədi bu tarixdə açacaq
-
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
-
Asensio “Fənərbağça”dan ayrıla bilər
-
Zelenski: Rusiya Ukraynaya 500 dron və 40 raketlə hücum edib
-
Avtobus sürücüsü uşaq oğurluğunun qarşısını necə aldı? - FOTO
-
“IMEC-in sehrli Yeni il konserti” adlı konsert təqdim olunub - FOTO
-
2026-cı ildə benzin və digər yanacaq növləri bahalaşa bilər
-
Tatlısəs 22 il sonra onunla barışdı - FOTO
-
Kimisi altı mahnı oxuyub 10 min qazanır, kimisi də yarım saata 8 min... - FOTO
-
2026-cı ildə həyatları tamamilə dəyişəcək BÜRCLƏR
-
İşgəncələrdən doğan iniltilərin hiss olunduğu məkan - “Siyasi repressiya qurbanları” muzeyi - FOTO
-
Xaçmazda 35 yaşlı qadın evdə doğuş zamanı öldü
-
Daha bir avtobus yeniləndi - Gediş haqqı 60 qəpik olacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında uşaqlar üçün Yeni il şənliyi keçirilib - FOTO
-
Uşaq xəstəxanasında bir dənə sistem şlanqı tapılmadı - "TƏBİB cəmi 10 dənə verir"
-
AZAL işi simptom kimi: Bastrıkinin açıqlaması niyə qərarın özündən daha təhlükəlidir?
-
Gələn il vəkillərin sayı Azərbaycanda 3 mini ötəcək - Anar Bağırov
-
Sabah sulu qar yağacaq
-
Salyan və Göygöl heyvan bazarları fəaliyyətə başladı - FOTO
-
4 ildir Xəlil Göyüşovun qəbuluna düşə bilmirəm - "42 kq dəmir başıma düşdü, "işə yaramırsan" deyib məni çıxartdılar"
-
Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
-
İrəvanda altı avtomobil toqquşub, 5 nəfər xəsarət alıb





