Əvvəla, onu qeyd edək ki, satış rəqəmlərinə görə, dünyada e-siqaret çəkənlərin sayı sürətlə artmaqdadır.
Milli.Az "Azadlıq radiosu"na istinadən bildirir ki, "Action on Smoking and Health" adlanan Britaniya xeyriyyə təşkilatı bu yaxınlarda keçirdiyi araşdırmada aydınlaşdırıb ki, 2010-cu ildən 2012-ci ilə qədər bu ölkədə e-siqaret çəkənlərin sayı 2 dəfədən çox artıb - 9 faizdən 22 faizə qalxıb.
Məlum olub ki, e-siqaret çəkənlərin hamısı əvvəllər adi siqaret çəkən olublar və onların 40 faizi hesab edir ki, e-siqaretə keçməklə, tütünün sağlamlığa vurduğu ziyandan can qurtarıblar.
Tütün xərçəng xəstəliyinə tutulma ehtimalını artırır - tüstüylə birlikdə ağciyərə zəhərli maddələrin dolması səbəbindən.
Bəs e-siqaretlərin sağlamlığa hansısa ziyanı varmı?
"Action on Smoking and Health"in araşdırmaçısı Amanda Sandford deyir e-siqaret heç də tam zərərsiz deyil. Çünki e-siqaretlərdə də nikotin var:
"İnsanı siqaret aludəçisi edən nikotindir. Amma siqaret çəkənlərin sağlamlığına əsas ziyanı nikotin yox, tütün tüstüsünün ciyərlərə çəkilməsi vurur. Elektron siqaretdə isə tütün tüstüsü yoxdur, insan sadəcə, nikotin qəbul edir. Tütünün tərkibindən ayrılanda və ayrıca olaraq qəbul ediləndə nikotin nisbətən ziyansızdır".
E-siqaretdə kiçik batareya maye nikotini qızdırıb tüstüləndirir. Həmin tüstüdə qoxu yaratmaq üçün propilen-qlikol maddəsi də var.
Sandford deyir ki, e-siqaretlər Britaniyaya yeni gəldiyi üçün onların sağlamlığa necə təsir etdiyini müəyyənləşdirmək çətindir, bu, vaxt tələb edir.
Suallardan biri də budur ki, e-siqaretin sağlamlığa ziyansız olduğunu düşünən adamlar onu adi siqaretlə müqayisədə daha çox çəkməyəcəklər ki? Və nikotinin belə çox qəbulu onların orqanizminə necə təsir edəcək?
Bundan başqa e-siqaretlər əsasən Çin və başqa Asiya ölkələrində istehsal edildiyi üçün onların istehsal prosesinin nə dərəcədə standartlara uyğun olması məsələsi də açıq qalır.
Xüsusən də e-siqaretdəki nikotinin miqdarı və qoxu yaradılması üçün istifadə edilən maddələrin tərkibi ilə bağlı.
Milli.Az
Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Elektron siqaretin ziyanı varmı?
15 Fevral 2013 18:25
1 Şərh
Baxış: 20 483

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edə bilər
-
Stalin hər zaman bunu yeyirdi
-
Aysunla Renkadan çılğın RƏQS - VİDEO
-
Bu vitamin insanı daha gənc göstərir
-
Nura geyimi ilə diqqət çəkdi
-
Bu içki qaraciyəri piylənmədən qoruyur
-
Demet Akalının VİLLASI gündəm oldu - VİDEO
-
Universitetlərdə ən aşağı keçid balı hansı ixtisaslardadır? - VİDEO
-
"Şərhləri oxuyub ağlayırdım"
-
Günün qoroskopu: Özünü və yaxınlarını unutma
-
Bakıda falçı 74 min manatı necə alıb? - “7 yumurtaya 200 manat verdim” - FOTO
-
Paşinyan: Kilsəni xalqımıza qaytarmalıyıq
-
"O vaxt Gürcüstanda etdirmişəm, ondan Azərbaycanda üç adam etdirmişdi"
-
Azərbaycanda daşınan evlərə tələbat artdı - bazar qiymətləri alt-üst olur - VİDEO
-
Məşhur türkiyəli aktyorun inanılmaz sərvəti...
-
Dolların kursu dəyişəcək? - ekspert açıqladı
-
Yoldaşlıq görüşü sonrası kütləvi dava - VİDEO
-
Kəsim məntəqələrindən ürəkbulandıran görüntülər - VİDEO
-
Ronaldo bu klubun təklifindən imtina etdi
-
Prezidentliyinə namizəd çıxışı zamanı güllələndi
-
Spaletti istefaya göndərildi
-
Ən uğurlu insanlar bu tarixlərdə doğulur
-
Dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə həbs cəzası
-
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?