Samsung həmin modellər üçün dəstəyi dayandırdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Samsung artıq Galaxy S21 seriyasına proqram təminatı və müntəzəm təhlükəsizlik yeniləmələri təqdim etməyəcək.
Milli.Az xəbər verir ki, Samsung-un 2026-cı ilin fevral ayı üçün açıqladığı təhlükəsizlik yeniləmələri siyahısında Galaxy S21, Galaxy S21+ və Galaxy S21 Ultra modellərinin yer almaması bu cihazların artıq adi təhlükəsizlik yamaları da daxil olmaqla yeniləmə almayacağını göstərir. Yalnız kritik və təcili təhlükəsizlik boşluqları aşkar edilərsə, istisna hal kimi yeniləmə yayımlana bilər.
Qeyd edək ki, 2021-ci ildə satışa çıxarılan Galaxy S21 seriyası son əsas yeniləməsini 2025-ci ilin birinci yarısında - Android 15 əsaslı One UI 7 versiyası ilə əldə edib. Seriya üçün son təhlükəsizlik yeniləməsi isə 2025-ci ilin noyabrında təqdim olunub.
Samsung Galaxy S21 modellərinə aşağıdakı əsas Android yeniləmələrini təqdim edib:
Android 12 (One UI 4) - 2021-ci ilin noyabrı
Android 13 (One UI 5) - 2022-ci ilin noyabrı
Android 14 (One UI 6) - 2023-cü ilin dekabrı
Android 15 (One UI 7) - 2025-ci ilin mayı
Beləliklə, Galaxy S21 seriyası üçün proqram təminatı dəstəyi rəsmi olaraq başa çatmış hesab olunur.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)
-
AZAL Moskvaya bir sıra reysləri müvəqqəti dayandırıb
-
Montella Türkiyə millisindən göndərildi
-
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - (Foto)
-
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yeni layihəyə start verir
-
“Ələkbər Rzaquliyev: qrafik irsə baxış” adlı mühazirə keçirilib - (Foto)
-
“Nursema”nın taleyindən özü də xəbərsiz imiş…
-
Bakı-Sumqayıt yolunda avtomobil yanır - (Foto)
-
“Üç gün, üç fərqli heyət, bir möhtəşəm ‘Turandot’ – dünya opera ulduzları Bakıda!”
-
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib
-
Bakıda beynəlxalq tədbirlə əlaqədar nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək
-
"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Füzuli Hüseynov kövrəldi
-
İlham Mayılov vəfat etdi
-
Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama
-
Zelim Kotsoyevin erməni rəqibindən qeyri-etik davranış - (Video)
-
Ceyranbatanda yaşayış binasında baş vermiş yanğın söndürülüb - (Foto/Video)
-
Rafinya "Qalatasaray"la oyunda iştirak etməyəcək
-
Beynəlxalq səyyahlar Ağdərədəki Gəncəsər monastırında olublar - (Foto)
-
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
-
Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı
-
Atilla Taşın qızının yıxılaraq öldüyü binanın görüntüləri yayıldı – (Video)
-
Güllünün qətlində günahlandırılan qızı ilə bağlı qərar verildi
-
Samsung bu 2 model üçün yeniləməni dayandırdı
-
Mikel Arteta dünyada ən çox maaş alan baş məşqçisi olacaq





