Pul verin başqasının "Whatsapp" yazışmalarını oxuyaq - Bakıda qəribə xidmət - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda "Whatsapp" yazışmalarının oxunması xidməti təqdim olunur.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə üçüncü şəxsin "Whatsapp" yazışmalarını izləməsi imkanı təklif edilir.
Elanda bildirilir ki, həmin adamın sadəcə mobil nömrəsi kifayət edir ki, 12 ay boyunca onun başqaları ilə yazışmasını izləyəsən.
Xidmətin qiyməti barədə məlumat qeyd olunmayıb.

Bəs "Whatsapp" mesajlarını üçüncü şəxs rahatlıqla oxuya bilər?
Whatsapp tətbiqi güclü şifrləmə sistemi ilə işləsə də istifadəçilər cihazlarına nəzarəti itirdikdə mesajların təhlükəsizliyi risk altına düşə bilər.
Texnobloqer Fərid Pərdəşünas açıqlamasında bildirib ki, normal "WhatsApp" işlədən insanların yazışmalarını izləmək qeyri-mümkündür. Bəzi hallarda yazışmalar izlənilə bilər. Bu da kənar mənbələrdən "WhatsApp +", yaxud da "WhatsApp"ın alternativ versiyaları yükləndikdə mümkündür. Belə olduğu halda isə smartfondakı bütün məlumatlar üçün təhlükə yaranır.
Aparılan araşdırmalara görə əsas təhlükə tətbiqin şifrlənməsinin qırılması deyil. Risklər daha çox istifadəçinin cihazına və hesabına birbaşa girişlə bağlıdır. Telefonun kilidsiz vəziyyətdə qalması və ya başqa şəxsin cihazı ələ keçirməsi mesajların oxunmasına imkan yaradır.
Mütəxəssislər casus proqramların yaratdığı təhlükəyə də diqqət çəkir. Bu cür proqramlar zərərli tətbiqlər vasitəsilə quraşdırıla bilər və mesajlar cihazda açıldıqdan sonra onları görə bilər.
Digər mühüm məsələ WhatsApp Web xidmətidir. Əgər istifadəçi telefonunu nəzarətsiz qoyarsa başqa bir şəxs hesabı kompüterə qoşa bilər və bu zaman bütün yazışmalar həmin kompüterdən oxuna bilər.
İstifadəçilərə tətbiqin əlaqəli cihazlar bölməsini mütəmadi olaraq yoxlamaq tövsiyə olunur. Cihaza uyğun olduqda barmaq izi və ya üz tanıma ilə tətbiq kilidinin işə salınması da əlavə təhlükəsizlik yaradır.
Yəni, WhatsApp şifrləmə sistemi güclüdür və xarici müdaxilə ilə qırılması real deyil. Əsas təhlükə istifadəçinin öz cihazına nəzarəti itirdiyi hallarda yaranır.
Ümumilikdə isə başqasının yazışmalarını gizli oxumaq həm hüquqi, həm də etik məsuliyyət yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Eyni zamanda, həmin maddədə bildirilmişdir ki, qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Konstitusiyanın sözügedən maddəsində həmçinin yazışmaların toxunulmazlığına da münasibət bildirilərək, aşağıdakı normalar öz əksini etdirmişdir:
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən, "Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma" cinayət məsuliyyətinə səbəb olur və min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Markdan süni intellektlə bağlı gözlənilməz qərar
-
BMT-dən süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq
-
Nanopeyklərlə meşə yanğınlarını vaxtında aşkar edəcəklər
-
Ventilyator ayda nə qədər elektrik sərf edir?
-
"WhatsApp"ın yeni rəhbəri - Kunal Şah
-
AA və AAA batareyaları sən demə, gücü yox, ölçünü göstərirmiş
XƏBƏR LENTİ
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Zəngilanda bir nəfər çayda boğulub
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
İsmayıllıda ağır qəzada ölən həkimin (Fotosu)
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"





