Texnologiya

"WhatsApp"da yeni funksiya - "Facebook" hesabınızı göstərə biləcəksiniz

23 Sentyabr 2025 15:28
Baxış: 318
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"WhatsApp" istifadəçilərin profillərinə "Facebook" hesablarını əlavə edə biləcəyi yeni funksiya üzərində işləyir.

Milli.Az xarici mətbuata istinadən yaydığı məlumata görə, bu xüsusiyyət sayəsində istifadəçilər "Instagram"da olduğu kimi, "Facebook" hesab məlumatlarını birbaşa WhatsApp profillərində göstərə biləcəklər.

Yeni funksiyanın istifadəsi tamamilə istəyə bağlı olacaq. Hesabların həqiqətən istifadəçiyə məxsus olduğunu isə "Hesab Mərkəzi" vasitəsilə təsdiqləmək mümkün olacaq.

Təsdiqlənmiş hesabların yanında "Facebook" simvolu, təsdiqlənməmişlərin isə URL şəklində göstəriləcəyi bildirilib.

Qeyd olunur ki, bu funksiya, WhatsApp-ın daha çox sosial media xidmətlərini inteqrasiya etmək planının ilk addımı kimi qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.