"Veo 3 – texnoloji sıçrayış, yoxsa gələcəyin təhlükəsi?"- Ekspertdən açıqlama - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Google"un süni intellekt əsasında hazırladığı yeni nəsil video generasiya modeli "Veo 3" artıq 159 ölkədə istifadəyə verilib. Hər kəsin dilində olan bu texnologiya bəzilərinə görə kreativ azadlıq, digərlərinə görə isə təhlükəli bir gələcəyin siqnalıdır.
Texno-ekspert İlqar Şabanov "Milli.Az"a bu yenilik barədə danışıb.
"Veo 3" əvvəlki versiyalardan fərqli olaraq sadəcə mətni vizual videoya çevirməklə kifayətlənmir. O bildirib ki, bu model artıq süni intellekt rejissoru rolunu oynayır:
"O, səhnəni özü qura bilir, fiziki hərəkətləri reala yaxın modelləşdirir, təbiət səslərini və dodaq sinxronunu mükəmməl şəkildə təqdim edir. Hətta insan emosiyalarına uyğun nitqlər yaradır. Bu, süni intellektin artıq 'yaradıcı düşüncə' mərhələsinə keçməsi deməkdir."
Onun sözlərinə görə, bu texnologiya ən çox yaradıcılıq və təhsil sahələrində inqilab yarada bilər:
"İndi bir ideyanı filmə çevirmək üçün nə studiya, nə də rejissor komandası lazımdır. Bir neçə sətir yazı kifayətdir. Müəllimlər dərsləri animasiyaya çevirərək şagirdlərə daha maraqlı formada təqdim edə bilər. Çoxdilli funksiyası da onu bütün dünyaya açıq edir."
Lakin hər texnologiyanın işıqlı tərəfi olduğu kimi, qaranlıq tərəfi də var.

Ekspert xəbərdarlıq edir:
"'Deepfake' videoların sayı artacaq. Kiminsə adından saxta danışan, reallığa bənzər videolar hazırlamaq daha asan olacaq. Müəllif hüquqları pozula, etik sərhədlər aşına bilər. Və ən təhlükəlisi - insanlar artıq öz yaradıcılıqlarına güvənməyib hər şeyi süni intellektə həvalə edə bilərlər."
İlqar Şabanov hesab edir ki, "Veo 3" həm fürsət, həm də riskdir:
"Texnologiyanın özü zərərli deyil, onun istifadə forması zərərli ola bilər. Ona görə də qanunvericilik, etik prinsiplər və istifadəçi maarifləndirilməsi bu prosesin əsas dayaqları olmalıdır."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
XƏBƏR LENTİ
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)





