"ChatGPT"dən məsləhət istədi, şəxsi məlumatları ifşa etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Süni intellekt texnologiyalarının gündəlik həyatımıza sürətlə daxil olduğu dövrdə sosial mediada yayılan bir hadisə böyük narahatlıq doğurub.
Milli.Az xəbər verir ki, "ChatGPT"yə sadə bir sual verən qadın cavabında başqa bir şəxsə məxsus şəxsi məlumatlarla qarşılaşdığını iddia edib.
Qadın sosial platformada paylaşdığı yazısında özünün "Sundari" adlandırdığı tovuz çiçəyinin saralmış yarpaqları ilə bağlı "ChatGPT"dən məsləhət almaq istədiyini qeyd edib. Lakin aldığı cavab gözlənilməz və narahatedici olub. Süni intellekt çiçəyə aid məsləhətlər vermək əvəzinə, tamamilə başqa bir şəxsə aid şəxsi məlumatları təqdim edib.

"Cavabda cənab Çıraq adlı bir şəxsin tam tərcümeyi-halı, CA tələbə qeydiyyat nömrəsi, direktorunun adı və ICAI üzvlük nömrəsi olub. Üstəlik, bunları 'Strateji İdarəetmə' qeydləri kimi təqdim etmişdi", - deyə Mehta yazıb.
Gənc qadın bu hadisəni "süni intellektin etdiyi ən qorxulu şey" adlandıraraq paylaşımında qeyd edib:
"Sadəcə ölən bir yarpağı xilas etmək istəyirdim. Amma təsadüfən kiminsə bütün karyerasını ifşa etmiş oldum".
Hadisə sosial mediada geniş rezonans doğurub. İstifadəçilər süni intellektin məlumat təhlükəsizliyinə dair şübhələrini ifadə edərək, bu tip texnologiyaların nəzarətsiz istifadəsinin risklərini müzakirəyə çıxarıblar.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
XƏBƏR LENTİ
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib





