Texnologiya

Zukerberqdən ETİRAF: "WhatsApp" mesajları izlənilir

12 Yanvar 2025 11:18
Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple"ın son əhəmiyyətli yeniliyi Stiv Cobsun təqdim etdiyi "iPhone" olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsi və "WhatsApp" mesencerinin sahibi olan "Meta" şirkətinin rəhbəri Mark Zukerberq Co Roqanın podkastında deyib.

Söhbət zamanı Roqan bir şirkətdən asılı olmaq istəmədiyi üçün "iPhone"dan "Android"ə keçdiyini söyləyib.

Zukerberq "Apple"ın qaydalarının digər istehsalçılar üçün maneələr yaratdığı ilə razılaşıb. O qeyd edib ki, qapalı ekosistem xüsusilə "AirPods" kimi məhsullarda rəqabəti məhdudlaşdırır və istifadəçiləri daha da yaxşı cihazlardan məhrum edir.

O, həmçinin "Apple"ın öz ekosistemi ilə bağlı siyasətini tənqid edib.

Podkast zamanı Zukerberq sosial şəbəkələrə senzura tətbiq edən, hətta memlərin silinməsini tələb edən Bayden administrasiyasının hərəkətlərindən narazılığını bildirib və kəşfiyyat orqanlarının "WhatsApp" istifadəçilərinin mesajlarını oxuduğunu etiraf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.