Texnologiya

“iPhone”larda mühüm dəyişiklik olacaq - bu tarixdə

14 Dekabr 2024 08:16
Baxış: 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin "Apple" korporasiyası 2025-ci ildən etibarən "iPhone" smartfonlarında "Bluetooth" və "Wi-Fi" qoşulması üçün "Broadcom Inc" şirkətinin təchiz etdiyi komponentləri öz istehsalı olan çiplərlə əvəz edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barəd "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, şirkət bir neçə il ərzində "Proxima" kod adı altında çip hazırlayıb. Bu çip, "Apple"ın digər çipləri kimi, korporasiyanın tərəfdaşı olan "Taiwan Semiconductor Manufacturing Co." tərəfindən istehsal ediləcək. 

Agentliyin qeyd etdiyi kimi, hazırda "Apple" korporasiyası "Broadcom" məhsullarının ən böyük sifarişçilərindən biridir və şirkətin gəlirlərinin təxminən 20%-i onun payına düşür.

"Apple"ın modullardan imtina etməsi xəbərindən sonra "Broadcom"un səhmləri 3.9% dəyər itirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.