“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnnovasiya və sürət lideri "Bakcell"in tərəfdaşı olduğu "INMerge" İnnovasiya Sammiti uğurla davam edir. Tədbirin ilk günündə "Bakcell"in baş icraçı direktoru Klaus Müller "Aparıcı telekom şirkətlərinin uğurlu strategiyaları" adlı panel müzakirəsinə qatılıb.
Tədbirdə Klaus Müller ilə yanaşı, "Vodafone Group"un regional direktoru Yohannes Hummer, "GSMA"nın strateji əlaqələr üzrə direktoru Tair İsmailov və "Silknet"in İT direktoru Cheibanny Nagi də iştirak edib. Sessiyada çıxışı zamanı Klaus Müller "Bakcell" həyata keçirdiyi innovativ layihələr və məhsullar, gələcək planlar, həmçinin şirkətin "Vodafone Group"la olan strateji tərəfdaşlığının əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, "Bakcell" və "Vodafone Group" arasında əməkdaşlıq ölkəmizdə abunəçilərə süni intellekt əsaslı innovativ həllər və texnologiyalar təqdim etməyə imkan verəcək. Qeyd olunub ki, "Vodafone Group"la əməkdaşlıq çərçivəsində artıq "Bakcell" Azərbaycanda ilk dəfə süni intellekt əsaslı tarif məsləhətçisini istifadəyə verib. İştirakçılara "Bakcell"in "Kapital Bank" və "Uber"lə birgə həyata keçirdiyi layihələr barədə məlumatlar təqdim olunub.
Bundan əlavə, "Bakcell" "INMerge" İnnovasiya Sammitində olan stendi qonaqların böyük marağına səbəb olub. Ziyarətçilər stenddə "Bakcell"in ultrasürətli şəbəkəsini sınaqdan keçirib, virtual reallıq (VR) texnologiyası, şirkətin müxtəlif məhsul və xidmətləri ilə tanış olublar.
Tədbir çərçivəsində, həmçinin "Bakcell"in süni intellekt dəstəkli çat-botu təqdim edilib.
Qeyd edək ki, oktyabrın 10-11-i tarixlərində keçirilən "INMerge" İnnovasiya Sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
"Mançester Yunayted" hesabda 4:0 öndədir - YENİLƏNİR - CANLI
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi





