Texnologiya

2 yerdən qatlanan telefon buraxılacaq – Dünyada ilk

14 İyul 2024 10:40
Baxış: 1 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Huawei" şirkəti 2 yerdən qatlana biləcək dünyanın ilk smartfonunu buraxacaq. 

Milli.Az lent.az-a istinadən bildirir ki, onun haqqında yeni məlumatlar yalnız gözləntiləri təsdiqləyir. Açılan zaman cihazın təxminən 10 düymlük ekranı olacaq. Bu da onu potensial planşet əvəzedicisi edir. 

Ekran elə qatlanacaq ki, onun üçdə biri kənardan əlçatan qalsın. Ola bilsin ki, xarici displey kimi qatlandıqda istifadə olunsun.

Tanınmış insayderlər iddia edir ki, "Huawei"nin yaxın gələcəkdə bu seqmentdə rəqibləri olmayacaq. Belə bir cihazın yaradılması son dərəcə incə detallar tələb edir və "Huawei" artıq qatlanan qurğular arasında bu sahədə öz nailiyyətlərini nümayiş etdirib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.