Texnologiya

“Azercell” abunəçilərinə bəd xəbər: bu kampaniya və xidmətlər ləğv edilir

29 İyun 2024 10:55
Baxış: 5 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 30-dan etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Tiktok internet paketi" və "Günlük Bölgə" kampaniyaları ləğv ediləcək.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı "Azercell Telekom" müvafiq qərar qəbul edib.

Həmin kampaniyalara qoşulmuş abunəçilər müvafiq kampaniya çərçivəsində təqdim edilən paketlərdən istifadə müddəti bitənədək istifadəyə davam edə biləcəklər.

Eyni zamanda, iyulun 30-dan etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Duet Kart", "Əkiz Kart" və "Video Zəng" xidmətləri ləğv ediləcək.

"Duet Kart" və "Əkiz Kart" xidmətindən istifadə edən abunəçilər 30 iyul tarixinədək Müştəri Xidmətlərinə yaxınlaşaraq ödənişsiz əsaslarla SIM kart dəyişikliyi əməliyyatını həyata keçirə bilərlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.