AMOLED parlaq ekrana və 108MP kameraya sahib HONOR 200 Lite artıq satışda
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün qlobal texnologiya brendi HONOR, Azərbaycan bazarında yeni HONOR 200 Lite modelinin satışa çıxarıldığını elan etdi.
Heyrətamiz portret çəkilişləri
Cəlbedici, üçlü kamera sistemi ilə təchiz edilmiş HONOR 200 Lite-nin əsas kamerası, istifadəçilərə heyrətamiz portret çəkilişlərini həyata keçirməyə və müstəsna detallı şəkillər əldə etməyə kömək edir. Modul 108 MP-lik əsas kamera, 5 MP-lik geniş bucaqlı və dərinlik kamerası və 2 MP-lik makro kameradan ibarətdir. Əfsanəvi əsas modula əlavə olaraq, HONOR 200 Lite müxtəlif işıqlandırma şəraitində yüksək performans göstərən 50 MP-lik ön kamera ilə təchiz edilmişdir. 1x və 0.8x arasında avtomatik FOV keçidi edən HONOR 200 Lite istifadəçilərə heyrətamiz fon detalları ilə inanılmaz qrup selfiləri çəkməyə imkan yaradır. Bundan əlavə, HONOR 200 Lite bədii işıqlandırma effektləri yaradan, immersiv 3D portretləri canlandıran selfi işığına da yiyələnmişdir. HONOR 200 Lite ilə istifadəçilər hər kadrda öz fərdiyyətini əks etdirən selfilər çəkə bilərlər.
İnanılmaz vizual təcrübə üçün ultra parlaq ekran
Ultra incə çərçivələrə malik 6,7" Eye-comfort AMOLED displeylə təchiz edilmiş HONOR 200 Lite istifadəçilərə immersiv baxış təcrübəsi təqdim edir. 90Hz yenilənmə tezlikli displey, daha rahat istifadə təcrübəsi üçün hamar keçidlər və yüksək cavablandırma sürətini özündə birləşdirir. 2000 nitlik HDR pik parlaqlığına sahib olan displey, daha dolğun rənglər təqdim etməklə yanaşı, hətta parlaq işıqlandırma şəraitində də belə, əla təsvir ötürməsi təqdim edir və istifadəçilərə istənilən vaxt, istənilən yerdə mesajları asanlıqla oxumaq və ya məzmuna baxmaq imkanı yaradır.
3240 Hz diapazonunu əhatə edən risksiz PWM parlaqlıq tənzimlənməsi ilə cihaz zəif işıqlandırılma şəraitində göz yorğunluğunu effektiv şəkildə minimuma endirir. TÜV Rheinland Flicker-free tərəfindən sertifikatlaşdırılmış HONOR 200 Lite zamanın çoxunu cihaz ekranları qarşısında keçirən istifadəçilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.
Dəbdəbəli dizayn və yüksək dayanıqlıq.
Ultra nazik dizayna malik HONOR 200 Lite, özündə zərifliyi, istifadə rahatlığını və davamlılığı birləşdirərək istifadəçilərə cəlbedici estetikalı, dayanıqlı cihaz təqdim edir. 6,78 mm qalınlığı və cəmi 166 q çəkisi olan yüngül korpusla təchiz olunmuş HONOR 200 Lite, gün boyu davam edən istifadə təcrübəsini təmin edir.
HONOR 200 Lite-nin davamlılığı 5 ulduzlu SGS Drop Resistance for Overall Unit sertifikatı ilə təsdiqlənmişdir ki, smartfon 1,65 m-ə qədər hündürlükdən təsadüfi düşmələrə qarşı hərtərəfli qorunur və istifadəçiləri əlavə rahatlıqla təmin edir.
Optimal məhsuldarlıq üçün təkmilləşdirilmiş aparat performansı
HONOR 200 Lite 8 QB RAM və 256 QB daxili yaddaşla təchiz olunub. Smartfon həmçinin HONOR RAM Turbo texnologiyasına (8 GB+8 GB) malikdir ki, bu da fləş yaddaşının bir hissəsini RAM-a köçürməklə faylların yaddaşa yazılmasını optimallaşdırır. MediaTek Dimensity 6080 prosessoru üzərindən işləyən cihaz, yüksək keyfiyyətli təsvir ötürmə imkanlarını, yüksək sürətli 5G bağlantısını, həmçinin hamar və canlı ekran keçidlərini dəstəkləyir.
Artırılmış işləmə müddəti və MagicOS 8.0 sayəsində qüsursuz istifadəçi təcrübəsi
4500 mAh batareya ilə təchiz edilmiş HONOR 200 Lite-a 29 saat danışıq, 14 saat video oxutma və 16 saat brauzer istifadəsini dəstəkləməyə imkan verir.
HONOR 200 Lite Android 14 üzərindən işləyir və ən yeni MagicOS 8.0 əməliyyat sistemini dəstəkləyərək, intuitiv istifadəçi təcrübəsi üçün Magic Capsule, Magic Portal, HONOR Global Favourites Space, Shortcut və Paralel Space kimi innovativ funksiyaları özündə birləşdirir.
Rəng, qiymət və mövcudluq
İstifadəçilərin zövqünə uyğun olaraq, HONOR 200 Lite üç füsunkar rəngdə mövcuddur, bunlardan Ulduzlu Göy, Mavi Göl və Gecəyarısı Qara qeyd etmək olar. İyunun 7-dən etibarən HONOR 200 Lite İrşad, Baku Electronics, Kontakt Home, Umico, MG Store, Soliton, Optimal, Smart Electronics və Digital Home mağazalarından, 649,99 AZN təşkil edən sərfəli qiymətlə əldə edə bilərsiniz.
Cihaz haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://www.honor.com/az/phones/honor-200-lite/
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
XƏBƏR LENTİ
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb





