Texnologiya

“Xiaomi” ilk elektrikli avtomobilini satışa çıxaracaq

13 Mart 2024 11:29
Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Xiaomi" elektronika istehsalçısı ayın sonunda ilk elektrikli avtomobilini satışa çıxaracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu dünyada üçüncü ən böyük mobil telefon istehsalçısı olan "Xiaomi"nin icraçı prezidenti Ley Tsün deyib.

"Xiaomi SU7"nin rəsmi təqdimatı martın 28-də baş tutacaq", - deyə "Xiaomi"nin icraçı prezidenti Ley Tsün Çinin Weibo sosial şəbəkəsində yazıb. Anons ilk dəfə dekabr ayında mətbuata göstərilən avtomobilin fotoşəkili ilə müşayiət olunub.

Bu xəbərdən sonra martın 12-də günorta saatlarında Honq Konq Fond Birjasında "Xiaomi" səhmlərinin qiyməti təxminən 10 faiz artıb.

SU7 avtomobili yerli "BAIC" zavodu tərəfindən istehsal olunur, "Xiaomi" isə avtomobil üçün proqramlar və elektron komponentlər təqdim edir. Batareyaların 800 kilometrə qədər gediş ehtiyatı var.

"Xiaomi"nin avtomobil sektorunda böyük iddiaları var. "Məqsədimiz 15-20 illik zəhmətdən sonra dünyanın ən yaxşı istehsalçıları beşliyinə daxil olmaqdır", - deyə Ley Tsün ötən ilin dekabr ayında bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.