Texnologiya

Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisinə kömək edəcək

9 Oktyabr 2023 22:00
Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyasının (BKS) tikintisi üzrə Rusiya-Çin birgə layihəsinə qoşulub.

Milli.Az xəbər verir ki, bu barədə CGTN telekanalı Çin Milli Kosmik Administrasiyasının (CNSA) bəyanatına istinadən məlumat yayıb.

Belə ki, oktyabrın 2-dən 6-dək Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində (IAC-2023) Çin və Azərbaycanın kosmik agentlikləri MNLS layihəsi üzrə əməkdaşlıq sazişi imzalayıblar. Agentlik bildirir ki, hər iki tərəf "elmi cihazların quraşdırılması, kadr hazırlığının təmin edilməsi və elmi-texnoloji təcrübələrin keçirilməsini əhatə edən proqramın müddəalarının nümayişi, həyata keçirilməsi, istismarı və tətbiqi sahələrində əməkdaşlığı gücləndirmək" barədə razılığa gəliblər.

Telekanal qeyd edir ki, bu günə kimi proqrama Azərbaycandan əlavə Pakistan, BƏƏ, Cənubi Afrika Respublikası, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı və İsveçrənin Nano-SPACE şirkəti də qoşulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.