Texnologiya

“TikTok”-dan daha çox pul qazanmaq mümkün olacaq

21 Fevral 2023 17:31
Baxış: 1 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TikTok" məzmun istehsalçılarına pul qazanmağa imkan verəcək yeni proqramı təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda müəyyən ölkələrdə sınaqdan keçirilən bu proqramda iştirak edən istifadəçilər adət etdiyimiz qısa videolar əvəzinə bir dəqiqədən uzun videolar paylaşacaqlar.

"TikTok"-un verdiyi açıqlamada bu proqramın "Creativity Program", yəni "Yaradıcılıq Proqramı" adlandırıldığı bildirilib.

Hazırda proqram ABŞ, Fransa və Braziliyada sınaqdan keçirilir.

Proqramın köməyi ilə məzmun istehsalçıları bir dəqiqədən uzun videolar hazırlamaqla pul qazana biləcəklər. Proqramdan yararlanmaq istəyən məzmun istehsalçılarının normaldan daha uzun videolar paylaşması tələb olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.