İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’IDDA AWARDS’’ müsabiqəsini elan edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan innovasiya ekosisteminin inkişafına töhfə verən fəal oyunçuların 9 nominasiya üzrə təltifolunma mərasimi keçiriləcək.
Məlumat üçün bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi milli innovasiya ekosisteminin inkişafına önəmli töhfə verən potensial oyunçuları təşviq etmək baxımından "IDDA Awards" müsabiqəsini elan edir.
Müsabiqənin keçirilməsində əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını aşkar etmək, onları geniş ictimaiyyətə tanıtdırmaq və innovasiya sahəsinə olan marağı artırmaqdır.
''IDDA Awards'' müsabiqəsinin qeydiyyat prosesinə 21 sentyabr 2022-ci il tarixindən etibarən start verilir. Müsabiqənin şərtləri ilə tanış olmaq və müvafiq nominasiyalar üzrə namizədliyini irəli sürmək istəyən şəxslər və ya müəssisələr awards.idda.az veb səhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər.
Sözügedən müsabiqə ilə bağlı Agentliyin innovasiya ekosisteminin quruculuğu departamentinin rəhbəri Leyla Hacıyeva bildirib: ''Ölkə tarixində ilk dəfə olaraq innovasiya ekosisteminin fəal oyunçularının aşkar edilməsində həm ictimai səsvermə həm də münsiflər heyətinin qərarı əsas götürüləcək. Əminəm ki, gələcəkdə silsilə xarakter daşıyan ''IDDA Awards'' vasitəsilə biz, ekosistemə töhfə verən yüzlərlə lokomotivləri aşkar edərək onlar arasında konstruktiv əməkdaşlığı təmin edə biləcəyik''.
Qeyd edək ki, "IDDA Awards" üzrə mükafatlandırma aşağıda qeyd olunan 9 nominasiya üzrə aparılacaqdır:
"İlin Startapı"
"İlin İKT Sahibkarı"
"İlin Kəşfi"
"Ekosistemin Lokomotivi"
"İlin Ekosistem Oyunçusu"
"İlin Rəqəmsallaşması"
"İlin Texnoloji Mediası"
"İlin İnvestoru"
"İlin Bacarıq Gücü "
Mükafatlandırma mərasimi 2 dekabr 2022-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmi tərəfdaşı olduğu və ''Pasha Holdinq'' MMC-nin təşkilatçılığı ilə keçiriləcək "Innovation Summit" zirvə toplantısı çərçivəsində baş tutacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Canlısından fərqlənməyən robot balıq təqdim olundu – (Video)
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
XƏBƏR LENTİ
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan





