Səhiyyə

Azərbaycanda həkimlərin maaşı açıqlandı

17 Dekabr 2024 15:54
Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra həkimlərin orta aylıq əməkhaqqında artım müşahidə olunur.

Milli.Az bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2024-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransı zamanı məlumat verilib.

Bildirilib ki, icbari tibbi sığortanın tətbiqindən əvvəl həkimlərin orta aylıq əməkhaqqı 390 manat təşkil edirdi.

"İcbari tibbi sığorta tətbiq edildikdən sonra 2024-cü il üçün həkimlərin orta aylıq əməkhaqqı aşağıdakı kimidir:

Həkim - ümumi cərrah - 3300 manat

Həkim - oftalmoloq - 2400 manat

Həkim - mama-ginekoloq - 3300 manat

Həkim - radioloq - 2500 manat

Həkim - terapevt - 1860 manat

Həkim - kardioloq - 2350 manat

Həkim- travmatoloq - 3600 manat".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.