Analizlərin cavabını almaq üçün xəstəxanalara getməyə ehtiyac qalmadı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, xidmətin optimallaşdırılması, həmçinin laborator analizlərin nəticələrinin daha rahat şəkildə təqdim edilməsi istiqamətində TƏBİB-in tabeliyindəki Rəqəmsal Tibbi Həllər İdarəsi tərəfindən işlər aparılır.
Milli.Az bildirir ki, bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi olaraq "mygov" rəqəmsal hökumət platforması vasitəsilə vətəndaşların laborator analizlərinin nəticələri "e-tabib" mobil tətbiqi ilə paralel olaraq, "mygov" rəqəmsal hökumət plarformasına da inteqrasiya olunub.
Məqsəd məkandan asılı olmayaraq laborator müayinə nəticələrinə əlçatanlığı təmin etmək, habelə vətəndaşların növbələrdə gözləməsi hallarını minimuma endirmək və tibbi xidmətlərdən istifadə rahatlığını təmin etməkdir.
Bununla da vətəndaşlar vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən onlayn formada laborator analizlərinin nəticələrini öyrənə biləcəklər. Bunun üçün "mygov" rəqəmsal hökumət portalının mobil tətbiqində və eləcə də www.my.gov.az internet səhifəsində "Xidmətlərim" bölməsinə daxil olmaqla "Tibb məlumatlarım" hissəsinə keçid etmək lzımdır. Burada açılan "Laborator analizlər" pəncərəsindən nəticələri elektron formada əldə etmək, telefonun və kompüterin yaddaşına köçürmək mümkündür.
Yaxın müddətdə "Tibb məlumatlarım" bölməsində vətəndaşlara göstərilən digər tibbi xidmətlərin nəticələrinin də inteqrasiya edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, vətəndaşlar "e-tabib" mobil tətbiqinə daxil olaraq "Laboratoriya" bölməsinə keçid etməklə də laborator analizlərin və eləcə də digər tibbi xidmətlərin nəticələri ilə tanış ola bilərlər.
Milli.Az
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev və Ərdoğan Vətən müharibəsi qəhrəmanları ilə bir arada - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx
-
Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Tehran diplomatiyanı diktə ilə səhv salıb: Azərbaycan İrandan icazə almalı deyil!
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
Mərdəkan şossesində qəza baş verdi, yolda sıxlıq yarandı
-
Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu





