Narkotik vasitələrdən istifadə ilkin mərhələdə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əsrin bəlasına çevrilən "ağ ölüm" zəmanəmizin ən aktual problemləridən biri olaraq qalır. Azərbaycanda da narkotik vasitələrdən istifadəyə görə, yüzlərlə insan sağalmaz xəstəliklərin və hətta ölümün qurbanına çevrilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-narkoloq Fizzə Baxışovanın dediyinə görə, bu zərərli vərdişə daha çox gənclər maraq göstərir: "Yeniyetmə və gənclər arasında tütündən istifadə etməyə daha çox maraq var. Onlarda bu maraq sonradan digər narkotik vasitələrdən istifadə edilməsinə də səbəb olur. Lakin Ümumdünya Səhiyyə Təşkilatının statistikası göstərir ki, bir dəfə narkotikadan istifadə edən şəxs artıq ondan asılı vəziyyətə düşə bilər. Ona görə də gənclər və yeniyetmələrin narkotik vasitələrdən bir dəfə istifadə etməsinə belə yol verməməyə çalışmaq lazımdır".
Həkim-narkoloq qeyd edir ki, narkotik vasitələrdən istifadə ilkin mərhələdə xoş əhvali-ruhiyyə yaratsa da, sonrakı mərhələlərdə geri dönüşü olmayan asılılığa aparıb çıxarır: "Narkotik vasitələrdən istifadə ilkin mərhələdə psixi, sonrakı mərhələdə fiziki asılılığa səbəb olur. Fiziki asılılıq adi ağrıkəsicilərlə qarşısı alınmayan ağrılardan ibarət olur. Psixi asılılıq zamanı isə narkotik vasitədən istifadə etdiyi vaxt əhvali-ruhiyyəsi yüksələ, gücü arta bilər, lakin bir müddətdən sonra həmin hallar əmələ gəlmir və yalnız fiziki asılılıq zamanı bədəndə dəhşətli ağrılar yaranır. Bundan əlavə narkotik istifadə edənlərdə infeksion xəstəliklər, o cümlədən hepatitlər və QİÇS xəstəliyi yaranır, həmin xəstəliklər isə immun sistemini zədələyərək ölümə səbəb olur".
Statistika göstərir ki, yeniyetmələrlə yanaşı, 40-50 yaşlılar arasında da bu asılılıqdan əziyyət çəkənlər var. Müsahibimizin dediyinə görə, gəncləri bu bəladan xilas etməyin yolu isə valideyn nəzarətidir: "Narkotikaya meyil ailədə nəzarətsiz qalmaq nəticəsində ən çox yeniyetmələr arasında yayılır. İlkin dövrlərdə onun qarşısı alınmayanda sonradan ağırlaşmış vəziyyətə keçir. Buna görə də mütəmadi olaraq yeniyetmə və gənclər arasında xəstəliyin sonrakı fəsadları haqqında müəyyən təlimatlar aparılır".
Gəncləri "ağ ölümdən", narkomaniya və psixotrop vasitələrin asılılığından xilas etmək üçün böyüklər kifayət qədər məlumatlı olmalı və cəmiyyəti məhvə aparan xəstəliyə qarşı birlikdə mübarizə aparılmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
XƏBƏR LENTİ
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi





