Sağlamlıq

Çay və qəhvə bizi bu təhülkələrdən XİLAS EDİR - ARAŞDIRMA

20 Dekabr 2023 01:30
0 Şərh     Baxış: 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərədəki UK Biobank tərəfindən çay və qəhvə istehlakı ilə bağlı diqqətəlayiq araşdırma aparılıb.

Milli.Az xəbər verir ki, "Sözcü" məlumat yayıb.

Bildirilib ki, bu içkilərin insult və demans kimi xəstəliklərə qarşı təsiri araşdırılıb.

Qeyd edilib ki, 365 min 682 nəfərin iştirak etdiyi araşdırmada 2006-2020-ci illər arasında iştirakçıların məlumatları izlənilib.

Tədqiqat nəticəsində belə qənaətə gəlinib ki, gündə dörd və ya altı stəkan aralığında çay və qəhvə içən insanlarda insult və demans riski daha azdır. Göstərilən miqdarda çay və qəhvə qəbul edən insanlarda insult riskinin 32 faiz azaldığı bildirilib.

Eyni miqdarda çay və qəhvə içənlərdə içməyənlərə nisbətdə isə demans riskinin 28 faiz azaldığı vurğulanıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.