Sağlamlıq

Bu uşaqların sağlamlığı təhlükədədir

14 Noyabr 2021 19:44
0 Şərh     Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika alimləri araşdırmalar zamanı aşkar ediblər ki, gecə az yatan uşaqlarda 2 tip şəkərli diabetin inkişafı riski xeyli artmış olur.

Araşdırmada 9-10 yaşlı 4525 uşaq iştirak edib. Araşdırma göstərib ki, gecə vaxtı az yatan uşaqlarda insulinə qarşı həssaslıq aşağı idi. Bundan əlavə bu uşaqların əksəriyyətində artıq bədən çəkisi var idi. İnsulinə qarşı həssaslığın azalması və artıq çəki 2-ci tip şəkərli diabetin inkişafının əsas səbəbləridir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Amerika Pediatriya Akademiyasının mütəxəssisləri 6-12 yaş arası olan uşaqlara gecə 9-12 saat yatmağı tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.