Sağlamlıq

Qadınlar ildə 1 dəfə hansı müayinələrdən keçməlidir - Çek-ap SİYAHISI

8 Noyabr 2021 21:50
0 Şərh     Baxış: 1 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadınlar 30 yaşdan sonra müəyyən xəstəliklər riskinə daxil olur. Bunlar süd vəzi, uşaqlıq yolu xərçəngi, diabet və hormonal xəstəliklərdir.

Hər bir qadın profilaktik olaraq ildə 1 dəfə qadın çek-apından keçməlidir.
Bu müayinələrə nələr daxildir.

Milli.Az xəbər verir ki, qadınlar 18 yaşdan başlayaraq, 6 aydan bir ginekoloq, ildə 1 dəfə mammoloq və endokrinoloq qəbulunda olmalıdır.

Eləcə də stomatoloq - ağız boşluğu, dişlərin vəziyyəti və nevroloq- sinir sistemini müayinə vacibdir.

33-35 yaşdan sonra mütləq ildə bir dəfə:

- kardioloq - ürəyin müayinəsi

- Endokrinoloq -hormonal status və diabet üçün
- Oftalmoloq - göz dibi və gözlərdə dəyişiklik

- Qastroenteroloq - mədə-bağırsaq

Bu həkimlərdən tibbi sığorta xətti, illik dispanserizasiya - poliklinikalarda məcburi dövrü yoxmalar zamanı və ya özəl klinikalarda şəxsi təşəbbüslə keçmək olar

Hansı analizlər mütləqdir:

- Ümumi və biokimyəvi analiz
- Sidiyin analizi

- Ginekoloji yaxma əkilməsi
- Uşaqlıq boynundan sitoloji analiz
- Vitamin D, ferritin analizi

- Bəzi mineral, vitaminlər analizi
- TSH, T3, T4 analizi

- USM - süd vəzi, ginekoloji, qalxanvari vəz
- Kardioqramma, EXQ

- Ağ ciyərlərin rentgeni
- Ayaq venalarının dopleri

Bu müayinələr orqanizmdə dəyişiklikləri göstərir, xəstəliklərin qarşısını almağa yardımçı olur. Xüsusilə yumurtalıq, uşaqlıq və uşaqlıq boynu, zob və süd vəzi xərçənginə qarşı daim diqqətli olmalısız. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.