Sağlamlıq

Damar mənşəli demensiyanın erkən əlamətləri - Beyin sanki quruyur

8 Noyabr 2021 19:34
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Damar mənşəli əqli geriləmə və yaddaş pozulması baş beyini qidalandıran irili-xırdalı damarların pozulması və qan dövranının pisləşməsi ilə bağlıdır.

Milli.Az xəbər verir ki, 60-65 yaşda başlayan demensiyanın əlamətləri 4-5 il öncədən özünü göstərir.

Erkən əlamətlərə bunlar aiddir: diqqət yayqınlığı, qısa müddətli huşun sanki pozulması, düşüncənin sürətinin azalması, problemlərin həllində və qərarlar verməkdə çətinlik, insan yaxın gələcəkdə, məsələn 3 gün əvvəl baş vermiş hadisələri xatırlamaqda çətinlik çəkir.

Nitq yavaşıyır, görmədə problem olur, fikirləri çox düşünərək deyir, asan sözləri belə unudur.

Əhvalda, xarakterdə dəyişikliklər: apatiya, deprassiya, həyəcan, təşviş pozuntusu, insan qəfildən gülür və ya durduğu yerdə ağlayır.

Təzyiq, diabet və ürək xəstəlikləri damar demensiyasını sürətləndirir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.