Sağlamlıq

Niyə super qrip indi meydana çıxdı?

29 Oktyabr 2021 23:00
0 Şərh     Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Super qripdən əziyyət çəkənlər döş qəfəsinin infeksiyaları, öskürək, boğaz ağrısı, yorğunluq, dad və qoxu itkisi kimi simptomlarla qarşılaşırlar. Bu simptomlar COVID-19 simptomlarına bənzəyir, lakin xəstələr PCR testlərində müsbət nəticə vermir. Ancaq həddindən artıq qrip olanlar koronavirus xəstələri kimi günlərlə yataqda qala bilərlər.

Milli.Az xəbər verir ki, İngiltərənin Kardif Universitetinin professoru Dr. Ron Ekkls qriplə bağlı açıqlamasında aylarla davam edən karantinin insanların soyuqdəyməyə səbəb olan viruslara qarşı immunitetini azaltdığını bildirib.

"Biz normal olaraq gündəlik və ya həftəlik bu viruslara məruz qalırıq. Amma indi biz bir il məşq etməmiş idmançılara bənzəyirik. Birdən bu virusa yoluxduq və immun sistemimiz həddindən artıq reaksiya verir. Buna görə də bir çox insan bu virusu adi soyuqdan daha şiddətli simptomlarla yaşayır". /aztibb.az/

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.