Qırtlaq xərçəngi xəstəliyinin birinci və ikinci mərhələsində xəstənin sağalma şansı 80-90 faizdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qırtlağın şişləri xoşxassəli və bədxassəli olmaqla iki yerə ayrılır. Xoşxassəli şişlər fibromalar, papilomalar və poliplərdir. Bu şişlər cərrahi üsulla müalicə olunurlar. Bədxassəli şişlər isə qırtlağın xərçəngi xəstəliyidir və şiş adətən qırtlağın ön hissəsində yerləşir. Qırtlaq xərçəngi dörd mərhələdə irəliləyir. Xəstəliyin birinci və ikinci mərhələsində xəstə 80-90 faiz hallarda sağalır. Üçüncü mərhələdə xəstənin sağalma şansı 55-70 faizdir. Dördüncü mərhələdə isə, təəssüf ki, xəstəni tamamilə sağaltmaq mümkün olmur. Belə xəstələrin cəmi 30-40 faizi maksimum 3 il yaşaya bilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tibb elmləri üzrə fəlsəfə doktoru, otolarinqoloq-cərrah Nazim Quliyev qırtlaq xərçəngi barədə danışıb.
Həkim-mütəxəssis qırtlaq xərçənginin dörd mərhələsinin xüsusiyyətlərini izah edib: "Qırtlaq səs telləri nahiyəsi, telaltı və telüstü nahiyələrdən ibarətdir. Səsi əmələ gətirən səs tellərdir. Ona görə də şiş səs telləri nahiyəsində olanda xəstənin səsi batır. Əgər xəstədə qırtlağın bir nahiyəsinin yalnız müəyyən hissəsi zədələnibsə, xəstəlik birinci mərhələdə, bir nahiyə tamamilə zədələnibsə ikinci mərhələdədir. Zədələnmənin miqyası bundan daha geniş olduqda isə üçüncü mərhələ şiş hesab edilir. Bədxassəli şiş qırtlaqdan kənara çıxaraq qırtlaq-udlağa və ya qalxanvari vəziyə yayılıbsa, deməli xəstəliyin dördüncü mərhələsidir".
N.Quliyevin, həmçinin xəstəliyin müalicə metodları barədə də məlumat verib: "Xəstəliyin birinci və ikinci mərhələlərində lazerlə qırtlağa müdaxilə edib zədələnmiş nahiyəni götürmək mümkündür: "Belə olan halda, qırtlaq olduğu kimi qalır, boğazdan dəlik açılmır və xəstə danışıq qabiliyyətini itirmir. Bundan başqa, xəstəliyin müalicəsində şüa terapiyasından da istifadə edilə bilər. Üçüncü mərhələdə isə böyük əməliyyat icra edilir, qırtlaq yerindən tam çıxarılır və dəlik yaradılır. Əməliyyatdan sonra xəstə boğazın ön hissəsində açılan dəlik hesabına nəfəs alır".
Həkim-otolarinqoloq qeyd edib ki, qırtlaq xərçənginin başlıca əlamətləri səsin batması, udqunma aktının çətinləşməsi və boğulma hissidir: "Bu 3 şikayətdən yalnız birinin olması belə qırtlaqda hansısa problemin olduğuna işarədir. Şərt deyil ki, simptomlar xərçəngdən xəbər verir. İstənilən halda, şikayəti olanlar həkim-mütəxəssisə müraciət etməlidirlər".
Qeyd edək ki, araşdırmalara əsasən, qırtlaq xərçənginə daha çox 50-60 yaşlı kişilərdə rast gəlinir. Xəstəliyin əmələ gəlməsində əsas səbəb siqaret və alkoqollu içki istifadəsidir. Lakin bir sıra hallarda qırtlaq xərçəngi 18 yaşlılarda da aşkarlanır. Bunun səbəbi isə genetik pozulmalardır. Digər xərçəng növlərində olduğu kimi, qırtlaq xərçəngində də irsi meyil amili mövcuddur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...





