Sağlamlıq

Myasnikov xərçəngin yaranma səbəblərindən danışdı

10 Sentyabr 2021 22:20
0 Şərh     Baxış: 1 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvanın 71 saylı xəstəxanasının baş həkimi, teleaparıcı Aleksandr Myasnikov xərçəng xəstəliyinə səbəb ola biləcək məhsulların adlarını açıqlayıb.

Milli.Az xəbər verir ki, sağlam olmayan pəhrizin hər beşdə biri xərçəngə səbəb olur.

Həkim piylənməyə səbəb ola biləcək və nəticədə qanda insulin səviyyəsini artıracaq qidalardan uzaq durmağı tövsiyə edir. Myasnikov vurğulayıb ki, diabet xəstələrində bədxassəli şiş riski 8 dəfə artır. O, un məhsullarının zərərlərini sadalayıb.

Həkim "Rossiya-1" telekanalında "Şəkər, duz, düyü, makaron, çörək yeməyə ehtiyac yoxdur. Bütün bunlar kökəlməyə, şəkərin artmasına və xəstəliklərə, xərçəngə səbəb olur" deyib.

Myasnikov hətta orta dozada döş və bağırsaq xərçənginin inkişaf riskini artıran spirtli içkilərdən də danışıb. Həkim qeyd edib ki, çox miqdarda duz istehlakı mədə xərçənginə səbəb ola bilər - duz, spirtli içki və siqaret kanserogen maddələrdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.