Uşaq vaxtı düzgün qidalanmamaq gələcəkdə çox ciddi xəstəliklərə səbəb olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Balanslı, ekoloji cəhətdən təmiz və faydalı qidalanma olmadan uşağın düzgün inkişafı mümkün deyil. Mütəxəssislər uşaq vaxtı düzgün qidalanmamağın gələcəkdə çox ciddi xəstəliklərə səbəb olduğunu söyləyirlər. Vitamin, antioksidant və mikroelementlərin çatışmadığı, karbohidrat və yağların çox olması, bol ədviyyat və zərərli əlavələr uşağın inkişafına mənfi təsir göstərir.
Qida mütəxəssisləri uşağın orqanizmi üçün ən təhlükəli məhsulların siyahısını tərtib ediblər. Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən həkim-pediatr Məlahət Qasımova deyib: "Yağlar, karbohidratlar, kansoregenlər, rəng və dadvericilərlə zəngin olan çipsilər insult və infarkt riskini artırır. Çipsilər, həmçinin damar xəstəlikləri, anemiya, hipertoniya, həzmin pozulması, qastrit və hətta xərçəngə səbəb ola bilər. Tərkibində aspartam və natrium benzoat olan şirin qazlı içkilər dad reseptorlarının həssaslığını dəyişməklə yanaşı, idarəolunmaz qəzəb, əsəb, depressiya və ya təlaşa səbəb ola, çox miqdarda qəbul edildikdə isə qida zəhərlənməsi və ürək problemlərinə aparıb çıxara bilər. Şaurma, fri kartofu və fastfudlar heç də uşaq yeməyi deyil. Kolbasa, sosiska və s. kimi hazır ət məhsullarının tərkibində olan fenol maddəsi yüksək toksiki xüsusiyyətlərə malikdir. Uşaq orqanizmi üçün digər bir zərərli qida marqarindir. Onun hazırlanması prosesində duru yağların emal olunması zamanı kimyəvi reaksiyalar nəticəsində ziyanı hamıya məlum olan transpiylər əmələ gəlir. Transpiylər isə uşaq üçün yalnız təmiz halında deyil, həm də qastronomik təamlar - pirojna, tort, qat-qat xəmir və kremlərin tərkibində də təhlükəlidir".
Həkim-pediatr uşaq orqanizmi üçün zərərli olan digər qida məhsullarını da göstərib: "Tərkibində natrium qlütamat olan qidalar, şokolad batonlar, qəhvə və energetik içkilər, saqqız, rəngli jele və marmelad, mayonez və ketçupun da tərkibində ziyanlı maddələr çoxdur. Valideynlər öz övladlarını mümkün qədər həmin qidalardan uzaq tutmağa çalışmalıdırlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
XƏBƏR LENTİ
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqunun (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?





