Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda daha bir dərmanın idxalına və satışına qadağa qoyulacaq
17 Fevral 2012 14:31
Baxış: 15 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycana "Bor turşusu" adlanan dərman vasitəsinin idxalına və onun ölkə ərazisində istifadəsinə qadağanın qoyulacağı gözlənilir. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi "Bor turşusu"nun yüksək toksikliyini nəzərə alaraq, onun dərman reyestrindən çıxarılması və dövlət qeydiyyatının ləğv olunması üçün nazirliyin Farmakoloji və Farmakopeya Şurası qarşısında vəsatət qaldırıb. Hazırda şurada bu məsələyə baxılır. Yaxın gələcəkdə bu dərmanın istifadəsinin dayandırılması barədə müsbət qərarın veriləcəyi gözlənilir.
Nazirlikdən bildirilib ki, "Bor turşusu" hazırda dövlət reyestrində tərkibindəki aktiv maddəsi bor turşusu olan yeganə dərmandır. Hazırda bu dərmanın istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlər var. Həmin dərmanın Farmakoloji və Farmakopeya Şurası tərəfindən təsdiqlənmiş təlimatının əks göstərişlər bölməsində qeyd olunub ki, "Bor turşusu"nu 1 yaşadək uşaqlar, hamiləlik və laktasiya dövründə olan qadınlar, böyrək, qaraciyər pozğunluğu, stenokardiyası, dəri və selikli qişanın qıcıqlanması problemi olan xəstələr istifadə edə bilməzlər.
Nazirlikdən verilən məlumata görə, hələ SSRİ-nin dövründə - 1987-ci ildə "Bor turşusu"nun yüksək toksikliyi nəzərə alınaraq, onun 1 yaşadək uşaqlar, hamilə və süd verən qadınlar tərəfindən istifadə edilməməsi ilə bağlı qərar verilmişdi.
Ümumdünya Səhiyyə Təşkilatı da bor turşusunun yüksək toksikliyini nəzərə alaraq, tərkibində aktiv maddəsi bor turşusu olan dərmanların istifadəsinə məhdudiyyətlərin qoyulmasını tövsiyə edib. Artıq bir sıra ölkələrdə belə dərmanların istifadəsi məhdudlaşdırılıb. Məsələn, Avropa dövlətləri, ABŞ-da yalnız göz, qulaq və burun damcılarının tərkibində bor turşusunun 1-3 faizə qədər olan miqdarda istifadəsinə icazə verilib.
Azərbaycan Səhiyyə Nazirliyi də insanlara tərkibindəki bor turşusunun miqdarı 1 faizdən artıq olmamaq şərti ilə yalnız göz, qulaq, burun damcılarının istifadəsini tövsiyə edib.
Nazirlikdən deyilib ki, tərkibində bor turşusunun miqdarı 1 faizdən artıq olmayan dərmanların istifadəsi tamamilə yol veriləndir. Amma belə dərmanları uzun müddət istifadə etmək olmaz. Onları yalnız müalicə üçün müəyyən edilmiş müddətdə istifadə etmək olar.
Qeyd edək ki, orqanizmə mənfi fəsadları olduğu üçün ötən ilin sonlarında Azərbaycanda "Rozeqlikazon" və "Sibutramin" dərmanlarının satışı qadağan edilib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Toyuq dönərinin bu hissəsini yeməyin - Usta dönərçi açıqladı
-
Evi həftədə neçə dəfə təmizləmək lazımdır
-
Vazelinin bilmədiyimiz FAYDALARI
-
Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?
-
Qiyməti balıqdan qat-qat ucuz, faydası isə eyni
XƏBƏR LENTİ
-
Yeni "dəmir ledi": Yaponiyanın ilk qadın baş naziri necə GEYİNİR? - FOTOlar
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
"Özüm yetim olsam da, sizi yetim qoymadım"
-
Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO
-
“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu qazanıb