Sağlamlıq

Yoluxmadan sonrakı 2 həftə ən təhlükəli dövrdür

6 Avqust 2021 20:05
0 Şərh     Baxış: 1 477
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kovidə yoluxduqdan sonrakı ilk 2 həftə xəstələr üçün ən təhlükəlisidir.

Milli.Az xəbər verir ki, bu ərəfədə infarkt və insult riski dəfələrlə artır.

Bu barədə İsveç alimləri məlumat verib.

Onlar 86 min nəfər kovid keçirmiş xəstələrin tibbi məlumatlarını araşdırıb.

Nəticələr göstərib ki, xəstəliyin ilk 2 həftəsində insult və infarkt riski 2-3 dəfə yüksəlir. Bu insanların heç biri koronavirusdan öncə ürək, beyin problemindən əziyyət çəkməmişdilər.

Ona görə də yaşlı, xəstə və risk zonasında olan insanların kovidə qarşı peyvənd olunması çox vacibdir. Onlar yoluxsalar, koviddən də əlavə, infarkt və insultdan həyatlarını itirə bilərlər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.