Sağlamlıq

Dözülməz istidən xilas olmaq üçün nə içməli? - Reseptlər

25 İyun 2021 23:20
Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Anomal istilərdə orqanizmə dəstək olub, susuzlaşmadan qorumaq üçün düzgün seçilmiş ərzaqlar və mayelər istifadə edilməlidir.

Məsələn, sərin energetik içki, qazlı şirin içkilər, çay, qəhvə isti havalarda olmaz.

Milli.Az bildirir ki, isti havada bədən çəkisinə uyğun miqdarda təmiz adi su içilməlidir. Məsələn, 50-60 kq çəkidə insan 1 litr yarım su içməlidir.

Adi suya bir az limon suyu və bıçağın ucunda orqanik duz qatıb həll edib, içmək olar. Bu mineral balansı qoruyacaq. Soyuq nanə dəmləməsi, nanəli su da bütün bədəni sərinlədir, faydalı vitaminlər verir.

Çox soyuq, buz kimi su istidən genişlənən damarlarda spazm yaradır, bu da ürək, beyin üçün zərərlidir.

Eləcə də sərin qarpız suyu, xiyar, kərəviz şirəsi, giləmeyvələri əzib üzərinə su alıb, soyudub içmək olar.

Hazır mineral suları da qazını bir qədər çıxarıb, az-az qurtumla içmək lazımdır.

Qəhvə, kapucino içməyə vərdiş edənlər onların soyuq variantını seçə bilər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.