Sağlamlıq

Ağcaqanad dişləyəcəyi adamı necə seçir?

20 İyun 2021 14:18
Baxış: 2 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müəyyən qan qrupuna malik insanların ağcaqanadlar üçün daha cazibəli olması barədə söhbətlər əsassızdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki,bunu Moskva Dövlət Universitetinin ümumi ekologiya və hidrobiologiya kafedrasının əməkdaşı Vadim Maryinski deyib.

Bioloq bildirib ki, ağcaqanadlar üçün tamamilə başqa parametrlər vacibdir.

"Onlar üçün insandan gələn iy və ayrılan hərarət vacibdir. Qanı müəyyən qrupa aid olan insanların ağcaqanadları daha çox cəlb etdiyinə dair çoxlu uydurma söhbətlər var. Əslində isə hər şey daha sadədir. Əgər insan çox tərləyirsə, ağcaqanadlar üçün onu tapmaq daha asandır", - deyə Maryinski bildirib.

Bioloq onu da qeyd edib ki, ağcaqanadlar çox tərləyən insanlara "yapışırlar", lakin bu o demək deyil ki, onlar digər insanları rahat buraxırlar.

"İnsanlar qrup şəklində, məsələn meşədə hərəkət edirsə, yaxud eyvanda oturub çay içirlərsə, ağcaqanadlar dəstəsi artıq insan qrupunu tapdıqdan sonra, onlar kimi dişləyib-dişləməməyi seçmirlər. Onların kimlərinsə qanına daha çox üstünlük verdiklərini istisna etmək olmaz, lakin əgər insanlar qrup şəklində bir yerdədirlərsə, ağcaqanadların qurban seçimində nəyə üstünlük vermələri aşkar müşahidə olunmur," - deyə Maryinski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.