Sağlamlıq

Bu şəxslər xroniki yorğunluqdan əziyyət çəkir

6 İyun 2021 21:25
Baxış: 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Piroqov Mərkəzinin Tibbi Reabilitasiya Klinikasının psixoloqu Tatyana Korobova "kp.ru"ya açıqlamasında koronavirusu hətta yüngül keçirən xəstələrin sağaldıqdan sonra uzun müddət psixoloji problemlərlə qarşılaşdığını deyib.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert insanların gücsüzlük və halsızlıqdan şikayətləndiyini, eyni zamanda çoxunun hər şeyə laqeyd münasibət göstərdiyini vurğulayıb.

"Bu cür simptomlar ilk növbədə neyropsixoloji nəticələrlə əlaqələndirilir, lakin psixoloji amilləri diqqətə almamaq olmaz. İnsanlar əvvəlki qədər aktiv olmadıqlarını hiss edir. Və buraya postkoronavirus sindromunun psixoloji komponenti qoşula bilər, məhsuldarlığın, aktivliyin, həyat enerjisinin az olmasından narazılıq yaranır. Bunlar subdepressiv təzahürlərdir", - T.Korobova qeyd edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.