Sağlamlıq

Uşağınızda bu 3 əlamət varsa DİQQƏT!

12 May 2021 19:05
Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada və ölkəmizdə ölüm səbəbləri arasında birinci yerdə ürək xəstəlikləri dayanır. Bu xəstəliklər yenidoğulanlar arasında da artıb. Belə ki, hər 100 körpədən biri dünyaya gələrkən ürək xəsətliyi ilə doğulur.

Milli.Az xəbər verir ki, türkiyəli kardioloq Canan Ayabakan ürək xəstəliklərinin əlamətlərindən danışıb:

"Genetik faktorlar, hamiləlikdə keçirilən bəzi infeksiyalar, siqaret, dərman qəbulu, məruz qalınan toksik maddələr və ananın xroniki xəstəlikləri doğulanda ürək xəstəliklərinə səbəb olacaq faktorlar arasındadır. Bəzən körpə dolğulan kimi əlamətləri biruzə verir, bəzənsə əksinə olur. Bu səbəblə ailələr diqqətli olmalıdırlar".

Göyərmə

Göyərmə orqanizmin aşağı oksigenli qan ilə bəsləndiyini göstərir. Dildə, ağızda, dodaqlarda və dırnaqlarda göy rəng dəyişikliyi görülür. Göyərmə uşaq üşüdükdə də ola bilər. Burada ayırd edilməli olan dildə və ağız içində göyərmənin olmasıdır. Bu üşümək deyil, ürək xəstəliyinin olmasına işarədir.

Tez-tez nəfəs alıb-vermək

Göyərmədən başqa körpənin tez-tez nəfəs alıb-verməsi də ürək xəstəliyinə işarədir.

Çox tərləmək

Ürək xəstəliyinin digər bir əlaməti də çox tərləməkdir. Otaq temperaturu normal olmasına baxmayaraq, körpə əmərkən tərləməsi, yorularaq əmməyi yarıda buraxması, buna görə də tam doymadığı üçün yuxusuz qalması və narahat olması, yetərincə kilo almaması, tez-tez xəstələnməsi ürək xəstəliyi üçün önəmli əlamətlər ola bilər. Bu kimi əlamətlər kardioloq tərəfindən araşdırılmalıdır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.