Sağlamlıq

Oruc süfrələrinin bəzəyi, cənnət meyvəsi

25 Aprel 2021 21:49
Baxış: 1 758
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ramazan ayında sahur və iftar süfrələrini xurmasız təsəvvür etmək qeyri-mümkündür. Tərkibində karbohidrat olduğuna görə xurmanı sahurda yemək məsləhətdir, çünki uzun müddət toxluq hissi yaradır.

Cənnət meyvəsi hesab olunan xurma həzm sistemini yaxşılaşdırır, beynin fəaliyyətinə müsbət təsir göstərir, yaddaşı möhkəmləndirir, yorğunluğu aradan qaldırır.

Milli.Az bildirir ki, həkim-terapevt Taleh Abbasov AZƏRTAC-a deyib: "Xurmanın orqanizmdə xolesterini aşağı salmaq qabiliyyəti var. Qan dövranını yaxşılaşdırır, ürəyi qoruyur, və beyin-qan dövranı üçün çox faydalıdır. Sümük-oynaq sistemini möhkəmləndirir. Hamilələr üçün də onunla qidalanmaq faydalıdır".

Xurma dərini gözəlləşdirir, yaşlanmanın qarşısını alır və saçların qidalanmasına kömək edir. Gündə dörd xurma yemək immuniteti gücləndirir.

Ramazan.Milli.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.